Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan 75-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

Azərbaycan 75-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

14.10.2024 [23:53]

Azərbaycan 75-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunur.

AZƏRTAC xəbər verir ki, “Azərkosmos”un nümayəndə heyəti 14-dən 18-dək İtaliyanın Milan şəhərinin evsahibi olduğu konqresdə iştirak edir.

Ötən il “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” devizi ilə Bakıda keçirilən konqresin builki mövzusu “Dayanıqlılıq naminə kosmik məsuliyyət”dir. Konqresdə kosmos sahəsinin əsas iştirakçıları: kosmik texnologiya istehsalçıları, bu sahədə fəaliyyət göstərən ölkələrin hökumət nümayəndələri, dövlət və qeyri-hökumət qurumları, beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat və inkişaf mərkəzlərinin nümayəndələri, astronavtika sahəsi üzrə elm adamları və kosmonavtlar iştirak edirlər.

Kosmos sahəsində ildə bir dəfə Beynəlxalq Astronavtika Federasiyasının qlobal səviyyədə keçirdiyi konqresə bu il 120 ölkədən 11 mindən çox iştirkçı qatılıb.

Paylaş:
Baxılıb: 289 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31