ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlıq müzakirə olunub
19.11.2024 [21:45]
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) sədri, Polşa Dəmir Yolları (PKP) Korporasiyasının İdarə Heyətinin prezidenti Alan Berud və Korporasiyanın Belçikadakı nümayəndəliyinin direktoru Tomaş Laxoviçlə görüşüb.
ADY-dən bildirilib ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim böhranı ilə bağlı qlobal çağırışların əhəmiyyətinə və birgə fəaliyyətin səmərəliliyinə diqqət çəkilib.
Görüş zamanı tərəflər ADY ilə UIC və PKP arasında əməkdaşlığın əsas istiqamətləri, 1995-ci ildən UIC-nin üzvü olan ADY-nin təşkilatın fəaliyyətindəki rolu və beynəlxalq layihələrdəki iştirakı müzakirə olunub. Azərbaycanla Avropa İttifaqı arasında potensial dəmiryol əlaqəsinin təkmilləşdirilməsi, eləcə də tranzit vaxtının optimallaşdırılması barədə məqamlara toxunulub, beynəlxalq yük daşımalarındakı yeniliklər, rəqəmsallaşma və dayanıqlılıqla bağlı ən yaxşı təcrübələrdən söz açılıb.
Rövşən Rüstəmov son illərdə ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşımaların artırılması istiqamətində aktiv fəaliyyət göstərdiyini, Orta Dəhlizin əsas halqalarından olan Bakı–Tbilisi–Qars dəmir yolunun bu ilin mayından tam gücü ilə işlədiyini və bununla da dəmiryol xəttinin buraxılış gücünün illik 5 milyon tonadək artdığını qeyd edib. Rəqəmsal transformasiya və dayanıqlı ətraf mühit istiqamətində görüləcək işlərdə birgə fəaliyyətin zəruriliyinə diqqət çəkən ADY sədri Rövşən Rüstəmov hər iki istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin bütün tərəflər üçün faydalı olacağını bildirib.
UIC-nin sədri Alan Berud dəmiryol sahəsində regional və qlobal əməkdaşlığın dayanıqlı gələcəyə töhfə verəcəyinə əmin olduğunu deyib. ADY ilə Polşa Dəmir Yolları Korporasiyası arasında beynəlxalq yük daşımalarında restrukturizasiya imkanlarının olduğunu qeyd edən PKP-nin nümayəndəsi Tomaş Laxoviç ümumi multimodal yükdaşıma mərkəzi və vaqon parkının xidmət keyfiyyətini yaxşılaşdıracağına inandığını deyib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

