İordaniyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
10.12.2024 [22:28]
Dekabr 10-da müasir Azərbaycanın memarı və banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyi tərəfindən paytaxt Əmmanın Yeni Bədr rayonunda Ulu Öndərin adını daşıyan küçədəki İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə anım mərasimi keçirilib.
Səfiliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Eldar Səlimov Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə məlumat verib.
O, Ulu Öndərin həm SSRİ, həm də Azərbaycan tarixindəki roluna diqqət çəkərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyakı böyük nüfuzunu bu gün daha da artıran Azərbaycanın məhz Ümummilli Lider Heydər Əliyevin mirası olduğunu qeyd edib.
E.Səlimov Azərbaycan ilə İordaniya arasında dostluq və əməkdaşlıq əlaqələrinin təməlinin 1994-cü il dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Zirvə görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyev və İordaniya Haşimilər Krallığının mərhum kralı Əl-Hüseyn İbn Talal arasında keçirilmiş tarixi görüş zamanı qoyulduğunu, sonrakı illərdə bu əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev ilə İordaniya Kralı II Abdullah bin Əl-Hüseynin birbaşa dəstəyi sayəsində daha da möhkəmləndiyini bildirib.
Əmman Böyükşəhər Bələdiyyəsinin Ətraf mühit idarəsinin rəisi Məhəmməd Əbu Huvaileh və Yeni Bədr rayonunun direktoru Dr.İsmayıl Əl-Ədvan iki dost ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını qeyd edərək səfirliyimiz tərəfindən ağacəkmə aksiyasının keçirilməsinin paytaxt bələdiyyəsinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini deyib.
Sonra Ümummilli Liderin əziz xatirəsinə dərin hörmət əlaməti olaraq dairə və onun ətrafında şam ağacları əkilib.
Qeyd edilib ki, dekabrın 8-9-da İordaniyanın gündəlik xəbərlər dərc edilən və geniş oxucu kütləsinə malik mətbu orqanlarında “Azərbaycan səfirliyi Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünü yad edir” başlıqlı məqalə buraxılıb.
Məqalədə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verilib, dünya səviyyəli siyasətçinin Azərbaycanın çətin günlərində apardığı uğurlu xarici və daxili siyasətdən, beynəlxalq arenada ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki yorulmaz fəaliyyətindən bəhs edilib.
Yazıda, həmçinin Prezident İlham Əliyevin Ulu Öndərin yolunu inamla davam etdirdiyi, öz ölkəsinin şöhrətini, nüfuzunu qoruyub saxladığı, habelə siyasi müdrikliyi ilə Azərbaycanı parlaq gələcəyə apardığı vurğulanıb.
Məlumatın sonunda Yeni Bədr ərazisində yerləşən küçəyə Heydər Əliyevin adının verilməsinin iki ölkə arasında dostluğun dərinliyini əks etdirdiyi diqqətə çatdırılır.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

