Qarabağın bərpasında həmrəyliyin rolu müzakirə edilib
25.12.2024 [22:34]
Dekabrın 25-də Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Qarabağın bərpasında həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbir iştirakçılarına Fondun fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı geniş məlumat verib.
Fondun işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələrin icrasında donorların dəstəyinin əhəmiyyətini xüsusi vurğulayan R.Hacıyev Fondla yaxından əməkdaşlıq edən bütün donorlara, eləcə də Fondun fəaliyyətini işıqlandıran media qurumlarının rəhbərlərinə təşəkkürünü bildirib.
Milli Məclisin deputatları çıxışılarında Qarabağla bağlı layihələrdə gənclərin daha aktiv iştirak etmələrinin vacibliyini diqqətə çatdırıblar. Fondun fəaliyyətinin daha geniş işıqlandırılmasında və beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın çox böyük rol oynadığı qeyd edilib. Eyni zamanda, gənclər tərəfindən irəli sürülən layihələr üçün Fond tərəfindən maliyyənin ayrılmasının onların Qarabağla bağlı fəaliyyətinə ciddi dəstək olacağı bildirilib. Fondun fəaliyyətində şəffaflığın təmin edilməsinin digər qurumlar üçün nümunə olduğu vurğulanıb, həmçinin Fondun maliyyə dəstəyi ilə Qarabağ Universitetində təhsil alan tələbələrin bir hissəsi üçün təqaüd proqramının reallaşdırılması təklif edilib. Buna cavab olaraq Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev artıq bu istiqamətdə müəyyən addımların atıldığını diqqətə çatdırıb.
“Azərlotereya” ASC-nin Marketinq üzrə baş rəhbəri Dilarə Bəylərova tədbir iştirakçılarına Fondla birgə həyata keçirdikləri “Hər şey Qarabağ üçün” layihəsi ilə bağlı məlumat verib və sözügedən layihənin ölkəmizdə ianəçilik mədəniyyətinin təşviq olunmasına böyük töhfə verdiyini diqqətə çatdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid diaspor nümayəndələrinin Fonda dəstəyinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Fondla diaspor arasında əlaqələrin inkişafı Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından da böyük əhəmiyyət kəsb edə bilər.
Çıxışlardan sonra “İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələri ilə yanaşı, influenserlərin rolu və gələcək əməkdaşlıq perspektivləri” mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb, birgə atılacaq addımlar müzakirə edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

