Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin hesabat plenumu keçirilib
10.01.2025 [16:49]
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin hesabat plenumu keçirilib.
AZƏRTAC xəbər verir ki, plenumu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə açıb.
Plenum işinə başlamazdan əvvəl, Memarlar İttifaqı İdarə Heyətinin üzvləri yubilyar memarları təbrik ediblər, onlara Fəxri fərmanlar və gül dəstələri təqdim olunub. Sonra Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin Bakı Akademik Mərkəzinin yeni seçilmiş üzvlərinə diplomlar və vəsiqələr təqdim edilib.
Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə 2024-cü il ərzində qurumun fəaliyyəti barədə hesabatla çıxış edib.
Sonra Azərbaycan Memarlar İttifaqının yaradıcılıq komissiyalarının hesabatı dinlənilib. Azərbaycan Memarlar İttifaqının Şəhərsalma siyasəti üzrə komissiyasının üzvü Rafiq Mirzəyev, Beynəlxalq əlaqələr üzrə komissiyanın sədri Samirə Abdullayeva, Yaşayış və İctimai binaların interyer-dizayn tərtibatı üzrə komissiyanın sədri Nərgiz Ağayeva və Gənclərlə iş üzrə komissiyanın sədri Səttar Kərimli çıxış edərək, təmsil etdikləri komissiyaların 2024-cü il fəaliyyəti haqqında məruzə ediblər.
Plenumda, həmçinin Azərbaycan Memarlar İttifaqının Təftiş Komissiyasının sədri Rövşən Səmədov Memarlar İttifaqının ötən ildə fəaliyyətinə dair komissiyanın rəyi barədə məlumat verib. Bütün hesabatlardan sonra Azərbaycan Memarlar İttifaqının üzvü Fəxrəddin Verdiyevin İttifaqın nəzdində “Eko-dayanıqlı memarlıq” komissiyasının yaradılmasının zəruriliyi barədə təklifi dinlənilib. Təklif İdarə Heyəti üzvləri tərəfindən maraqla qarşılanıb və bu komissiyanın yaradılması barədə qərar qəbul edilib.
Gündəlik üzrə növbəti məsələ - Azərbaycan Memarlar İttifaqının 2025-ci il üçün Tədbirlər Planının layihəsinin müzakirəsi olub. Tədbirlər Planı üzrə təkliflər dinlənilib və layihəyə əlavə edilib. Daha sonra 2025-ci il üçün Tədbirlər Planı təsdiq edilib.
Sonda plenumun qətnaməsi oxunulub, səsə qoyulub və qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38

