Ötən il ərzində 35 mindən çox hüquqpozma faktı aşkar edilib
25.01.2025 [15:46]
Dövlət Gömrük Komitəsinin (DGK) 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, ölkəmizdə həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq 2024-cü ildə bütün sahələrdə olduğu kimi gömrük sistemində də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atılıb.
Qeyd olunub ki, cari ildə də xidmət səviyyəsinin yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, əlçatanlığın, şəffaflığın təmin olunması istiqamətində gömrük orqanları qarşısında müəyyənləşdirilən tapşırıqların icrası davam etdiriləcək.
Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2024-cü il ərzində fəaliyyətinin nəticələri haqqında” məruzə ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev çıxış edib.
Bildirilib ki, ticarətin asanlaşdırılması konsepsiyası çərçivəsində rəqəmsal gömrük xidmətinin innovativ həllər hesabına genişləndirilməsi, sahibkar, vətəndaş, işçi məmnunluğunun təmin olunması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
2024-cü il gömrük xətti ilə büdcə daxilolmalarında Komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə 213 milyon 700 min manat və ya 3,3% çoxdur.
Ötən il ərzində 35 min 255 hüquqpozma faktının aşkar edildiyini bildirən Komitə sədrinin birinci müavini vurğulayıb ki, bunlardan 1278-i cinayət xarakterli, 33 min 977-si inzibati xəta faktlarıdır.
Hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və ümumilikdə 379 kiloqram 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
Həmçinin iclasda Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Tovuz Gömrük İdarəsinin rəisi Pərviz Qədirovun məruzələri dinlənilib, Dövlət Gömrük Komitəsi Aparat rəhbərinin müavini Kənan Əsədov tərəfindən 2024-cü ilin nəticələrinin müqayisəli təhlilinə dair təqdimat nümayiş etdirilib.
İclasda “Gömrük xidmətinin Fəaliyyət Proqramı” çərçivəsində tətbiq olunan layihələrin icra vəziyyəti haqqında Gəncə Gömrük İdarəsinin rəisi Şamil Həsənli, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Baş Gömrük Mühafizə Xidmətinin rəisi Mübariz Mustafayev, Balakən Gömrük İdarəsi rəisinin müavini Kamran Yusifov məruzələrlə çıxış ediblər.
Daha sonra Dövlət Gömrük Komitəsinin “2025-2030-cu illər üçün İnkişaf Strategiyası” əsasında tərtib olunan 2025-ci il üçün İş Planı müzakirə edilərək təsdiq olunub.
Sonda Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gömrük orqanlarının müxtəlif sahələr üzrə fəaliyyətindən danışaraq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58

