Nəriman Həsənzadə – 94
18.02.2025 [15:30]
Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Xalq şairi, ədəbiyyatımızın müdrik ağsaqqalı, milli poeziyamızın canlı əfsanəsi Nəriman Həsənzadənin 94 yaşı tamam olur.
Uzunmüddətli səmərəli fəaliyyəti ali vətənpərvərlik ruhu, Azərbaycana yüksək xidmət nümunələri ilə zəngin olan Nəriman Həsənzadənin yaradıcılığı təkcə poeziyamızın deyil, bütövlükdə xalqımızın mənəvi sərvəti kimi dəyərləndirilir. Bütün həyatını sözün sehri ilə cilalanmış poeziyaya, milli dəyərlərimizin tərənnümünə, Vətənə və xalqa həsr edən bu işıqlı insanın parlaq əməlləri, saf düşüncələri, dövlətçilik əqidəsi, xalqa bağlılığı onun ziyalı ömründən, ağsaqqal örnəyindən xəbər verir. Onun sevgi, vəfa, vətənpərvərlik, qəhrəmanlıq və insanlıq dərsi hesab edilən poeziyası, əsərləri yalnız şair qələminin deyil, böyük bir ürəyin, sarsılmaz ruhun və dərin müdrikliyin məhsuludur. Hər bir misrası ilə zamanın nəbzini tutan Nəriman Həsənzadə Azərbaycan dövlətçiliyinə bağlı bir ictimai xadim kimi həmişə milli və dövlət maraqlarına, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisinə istiqamətlənmiş uğurlu siyasətini dəstəkləmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq nüfuzlu ziyalı, müdrik ağsaqqal kimi Nəriman müəllim daim milli-mənəvi irsimizin qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə, cəmiyyətimizin inkişafına öz qiymətli töhfələrini verir. Gənclərimiz onun əsərlərindən Vətənə, xalqa, dövlətə, mənəvi dəyərlərə sədaqət və həyatın mənasını anlamaq kimi ülvi dərslər alırlar. Onun nəsihətamiz ağsaqqal məsləhətləri, fədakar vətəndaş mövqeyi bizim üçün böyük dəyər daşıyır.
Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığı və xidmətləri hər zaman yüksək dəyərləndirilmiş və o, Azərbaycan Respublikasının “Şöhrət” , “Şərəf” və “İstiqlal” ordenlərinə, Prezidentin fərdi təqaüdünə, “Heydər Əliyev adına mükafat”a və bir sıra digər yüksək təltiflərə layiq görülmüşdür. Bütün bunlarla yanaşı, onun ən böyük mükafatı dövlətimizin və xalqımızın öz dəyərli ağsaqqalına, insanlara örnək ola biləcək nüfuzlu ziyalısına olan sonsuz ehtiramı və sevgisidir.
Bu əlamətdar gündə görkəmli şair, müdrik ağsaqqal, dəyərli ziyalı, söz sənətimizin canlı klassiki olan Nəriman Həsənzadəni şərəfli ömrünün 94-cü ildönümü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından səmimi-qəlbdən təbrik edir, ona ən xoş arzularımızı bildirir, sağlam və mənalı uzun ömür, yeni yaradıcılıq uğurları və əmin-amanlıq diləyirik!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

