/ / Bakıda Yaponiya İmperatoru Əlahəzrət Naruhitonun 65 illik yubileyinə həsr olunmuş ziyafət təşkil olunub
Bakıda Yaponiya İmperatoru Əlahəzrət Naruhitonun 65 illik yubileyinə həsr olunmuş ziyafət təşkil olunub
22.02.2025 [15:21]
Bakıda Yaponiya İmperatoru Əlahəzrət Naruhitonun 65 illik yubileyinə həsr olunmuş ziyafət təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkənin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe əvvəlcə keçən il Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatına görə dərin hüznlə başsağlığı verib, yaralılara şəfa arzulayıb. O, nitqinə belə davam edib: “Ötən il Azərbaycanda COP29 tədbiri təşkil edildi. Yaşıl inkişaf naminə iddialı səylər göstərən Azərbaycanda COP29-un keçirilməsi gələcəkdə yaşıl cəmiyyətin qurulması istiqamətində mühüm addım idi. Bir daha ev sahibi kimi COP29-u müvəffəqiyyətlə təşkil etdiyinə görə Azərbaycan Hökumətinə öz hörmətimi izhar etmək istərdim və ümid edirəm ki, Yaponiya və Azərbaycan bu kimi yeni sahələrdə də birgə işləməyə davam edəcək, yaşıl cəmiyyətin tez bir zamanda gerçəkləşdirilməsi naminə çalışacaqlar. Həmçinin ümid edirəm ki, Yaponiya şirkətləri tərəfindən yaşıl sahədə olan layihələrin gerçəkləşdirilməsi və ya sərmayələri iki ölkə arasında iqtisadi fəaliyyətin daha da canlanmasına gətirib çıxaracaq. Azərbaycan və Yaponiya arasındakı dostluq münasibətlərinə ümumi nəzər yetirdikdə, həmin tarixin 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından 30 ildən artıq müddətdə siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və bir çox digər sahələrdə inkişaf etdiyini görə bilərik”, - deyə bildirib.
Diplomat vurğulayıb ki, Azərbaycanda Yaponiyanın ənənəvi mədəniyyətinə, anime, manqa, “cosplay” və s. sahələrinə böyük maraq var. Həmçinin cüdo, karate, aikido kimi budo döyüş sənət növləri də geniş yayılıb: “Bu cür fəal əməkdaşlıq əlaqələri, insanlar arasında mübadilələr bu gün mövcud olan bağları daha da möhkəmləndirir. İqtisadi əməkdaşlığın genişlənməsi nəticəsində bundan sonra İT, ekologiya, turizm kimi yeni sahələrdə də fəal əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindəyik. Xüsusilə pandemiyanın sonundan bəri Yaponiyaya səfər edən azərbaycanlıların sayında kəskin artım müşahidə edilir. Daha çox azərbaycanlının Yaponiyanı yaxından tanıması ilə bərabər, yaponların da möhtəşəm Azərbaycanın cazibəsi ilə tanış olmalarını istərdim. Vizual mediadan istifadə etməklə yayım, turizm tədbirlərinin keçirilməsi ilə ölkələr arasında turizm sahəsinin inkişafına yönəlmiş mümkün əməkdaşlıq imkanlarının araşdırılmasının gərəkli olduğunu düşünürəm”.
Daha sonra bu il Yaponiyanın Osaka şəhərində “Osaka Kansai EKSPO 2025” sərgisinə dair videoçarx nümayiş etdirilib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov isə çıxışı zamanı Azərbaycanın Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb: “Ötən illər ərzində Azərbaycanla Yaponiya arasında dostluq əlaqələri dinamik inkişaf yolu keçib, iqtisadiyyat, enerji, investisiya, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız güclənib. Azərbaycanla Yaponiya arasında siyasi-iqtisadi əlaqələrlə yanaşı, parlamentlərarası münasibətlər də yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasında iqtisadi əlaqələrdə dinamika artmaqdadır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 428 milyard dollar təşkil edib. Hazırda ölkəmizdə Yaponiyanı təmsil edən 47 şirkət, sənaye, tikinti, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərməkdədir. Təqdirəlayiq haldır ki, yapon şirkətləri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə də maraq göstərirlər. Biz, həmçinin əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olan enerji sektorunda işbirliyimizi yüksək qiymətləndiririk. Qeyd edim ki, biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər” və “ağıllı kənd”, eləcə də “Yaşıl enerji zonaları” konsepsiyalarının həyata keçirilməsi yönündə Yaponiya şirkətləri ilə əməkdaşlığımız mövcuddur. Təhsil sahəsində əməkdaşlığımız iki xalq arasında dostluğun gücləndirilməsində mühüm rol oynayır. Hazırda bir sıra təhsil müəssisələrində yapon dili tədris olunur. Ali təhsil ocaqları arasında tələbə mübadiləsi proqramı həyata keçirilir. Azərbaycanla Yaponiya arasında əməkdaşlıq yalnız ikitərəfli səviyyə ilə məhdudlaşmır. Yaponiya ilə beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində də yaxından tərəfdaşlıq edirik”.
Ziyafət tədbirində yapon sakesi ilə yanaşı, yapon aşpazı tərəfindən hazırlanmış suşi, tempura kimi təamlar və Yaponiyanın budo döyüş sənətinin nümunəsi olan kendonun nümunəvi çıxışı da təqdim olunub. Həmçinin Yaponiya şirkətlərinin sərgisi, Osaka şəhərində keçiriləcək “EKSPO 2025”in təqdimat stendi də nümayiş etdirilib. Tədbir iştirakçılara Yaponiya mədəniyyəti və texnologiyalarına yaxın olmaq şansı yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33

