Sofiyada Novruz bayramı silsilə tədbirlərlə qeyd edilib
29.03.2025 [13:27]
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Novruz bayramına həsr edilmiş silsilə tədbirlər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bahar fəslinə, Novruz bayramına və bolqarların Baba Marta bayramına həsr edilmiş “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” adlı rəsm və kompozisiyalar sərgisi Sofiya Universitetinin foyesində təntənə ilə açılıb. Layihə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin dəstəyi ilə həyata keçirilib. Sərgidə hər iki bayramla bağlı Məktəb-Lisey Kompleksinin şagirdlərinin və Mərkəzə göndərilən müxtəlif Azərbaycan universitetlərinin tələbələrinin rəsmləri, Sofiya Universitetinin türkologiya ixtisasında oxuyan tələbələrin, bolqar şagirdlərinin, uşaq bağçasından uşaqların və diaspora nümayəndələrinin əl işləri və kompozisiyaları nümayiş olunub.
Azərbaycanın Bolqarıstandakı konsulu Çingiz Qəribli, Türkiyə Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təhsil müşaviri Mehmet Selim Varınca, Türkologiya və altayşünaslıq kafedrasının müdiri prof. Milena Yordanova, prof. Dimitr Veselinov, media nümayəndələri və digər qonaqlar milli bayram formatında keçirilən tədbirin qonaqları olublar.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska hər bir xalqın yazın gəlişini qeyd etməyin özünəməxsus tərzi və ənənələrinə malik olduğunu qeyd edərək Azərbaycan xalqının ən gözəl bayramlarından olan Novruz bayramından və bolqarların yaz bayramı Baba Marta bayramından qısa məlumat verib.
Klassik və müasir filologiya fakültəsinin dekanı, professor Qerqana Petkova qonaqları hər iki bayramla təbrik edərək, mərkəzin Sofiya Universitetinin ən böyük fakültəsinin bir hissəsi olduğunu, burada dünyanın bütün dillərinin öyrənildiyini, eləcə də türk dilləri üzrə, o cümlədən Azərbaycan dili üzrə kadrların hazırlandığını qeyd edib. O, bu cür mədəniyyət tədbirlərin keçirilməsinin hər iki xalqın qarşılıqlı anlaşması üçün çox vacib olduğunu vurğulayaraq universitetin tələbələri üçün isə öyrəndikləri dili və ölkəni Bolqarıstanda tanıtmaq üçün əlavə bir fürsət olduğunu qeyd etdi.
Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı konsulu Çingiz Qəribli həm Azərbaycanın, həm də Bolqarıstanın multikulturalizm və tolerantlıq dəyərlərinə malik olduqlarını və bu tədbirin mədəniyyətləri daha yaxından tanımağa imkan yaratdığını qeyd edib.
Bundan sonra tələbələr konsert proqramı ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

