Yaponiyada “Ekspo 2025” çərçivəsində Azərbaycan Milli Günü keçiriləcək
03.06.2025 [22:17]
Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın regionların inkişafı naziri, eləcə də “Ekspo 2025” üzrə nazir Yoşitaka İto ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında inkişaf etməkdə olan siyasi-iqtisadi, humanitar əlaqələrin əhəmiyyəti vurğulanıb, regionlararası əməkdaşlıq və digər sahələrdə birgə layihələrin perspektivləri müzakirə olunub.
Ölkəmizin “Ekspo 2025”-də fəal iştirakına və bununla da dünya sərgisinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən Yoşitaka İto Azərbaycan milli pavilyonunun Osaka sərgisində ən seçilənlər və ziyarət edilən pavilyonlar sırasında olduğunu vurğulayıb. Osakada “Ekspo 2025” çərçivəsində iyunun 5-də keçiriləcək Azərbaycan Milli Günü münasibəti ilə təbriklərini çatdıran Yoşitaka İto, Azərbaycan və Yaponiyanın bir sıra şəhərləri arasında gələcək əməkdaşlığın da əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib.
Azərbaycanın Osakadan əvvəl Milan və Dubay kimi dünya sərgilərində də müstəqil milli pavilyonla təmsil olunduğunu qeyd edən Anar Ələkbərov ölkəmizin Ekspo hərəkatına hər zaman öz töhfəsini verdiyini bildirib. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq islərinin aparıldığını diqqətə çatdıran Anar Ələkbərov, ölkədəki bu cür genişmiqyaslı layihələrlə yanaşı, dünya sərgisində təmsil olunmağın Azərbaycanın Ekspo hərəkatına verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb.
Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində aprelin 13-dən fəaliyyətə başlayan “Ekspo 2025” dünya sərgisi oktyabrın 13-dək davam edəcək. 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edən Azərbaycan bu il də milli pavilyonla təmsil olunur. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyon “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir. İyunun 5-də keçiriləcək Azərbaycan Milli Günü çərçivəsində isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

