/ / AQTA: İşğaldan azad edilmiş ərazilərdə 7 min 200 başdan çox iribuynuzlu heyvan identikləşdirilib
AQTA: İşğaldan azad edilmiş ərazilərdə 7 min 200 başdan çox iribuynuzlu heyvan identikləşdirilib
21.07.2025 [19:54]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən icraçısı olduğu tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-ın sorğusuna AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən cavabda bildirilib.
Qeyd olunub ki, 2023-cü ilin martın 15-16-da azad zonanın yaradılması və sərhədlərinin müəyyən edilməsi ilə bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının müstəqil ekspertləri dəvət olunublar və onlarla birlikdə sözügedən ərazilərə baxış keçirilərək heyvan xəstəliklərindən azad zonanın sərhədləri təyin edilib. Azad zona barədə ÜHST-nin Ali Baş Qərargahında müzakirələr aparılıb. Müzakirələrdə təşkilatın Baş direktoru tərəfindən planlaşdırılan tədbirlər müsbət qarşılanaraq təşkilat tərəfindən mümkün köməkliklərin göstəriləcəyi barədə razılıq əldə olunub.
Həmin ərazilərdə AQTA-nın, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssislərinin iştirakı ilə mütəmadi olaraq epizootoloji monitorinqlər aparılır. 2024-cü ilin 26 avqust-4 sentyabr tarixlərində işğaldan azad edilmiş ərazilərdə (Xocavənd, Xocalı, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonlarında) faktiki müəyyən olunmuş daimi 6 min 772 baş iri və 8 min 820 baş xırdabuynuzlu heyvanların saxlandığı 15 təsərrüfatda epizootoloji monitorinqlər keçirilib. Sonuncu monitorinq isə 2025-ci il iyulun 7-dən etibarən başlanılıb.
Monitorinqlər zamanı xüsusi təhlükəli xəstəliklərə görə laborator müayinələrin aparılması üçün iri və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülür, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl edilməsi üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülür və epizootoloji məlumatlar toplanılaraq təhlil olunur.
Eyni zamanda, AQTA-dan bildirilib ki, heyvanların, həmçinin sosial məşğulluq proqramları çərçivəsində sakinlərə paylanacaq heyvanların identikləşdirilməsinin aparılması və əraziyə identifikasiya edilməmiş heyvanların girişinin qarşısının alınması məqsədilə Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinə müvafiq məktublar göndərilib, sözügedən ərazilərə identifikasiya olunmamış heyvanların buraxılmaması ilə bağlı tədbirlərin görülməsi bildirilib. İşğaldan azad edilmiş ərazilərdə mövcud heyvanlardan 7 min 200 başdan çox iribuynuzlu heyvan identikləşdirilərək Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55

