/ / Beynəlxalq Ədalət Məhkəməsi dövlətlərin iqlim dəyişmələri ilə bağlı hüquqi öhdəliklərini xatırladıb
Beynəlxalq Ədalət Məhkəməsi dövlətlərin iqlim dəyişmələri ilə bağlı hüquqi öhdəliklərini xatırladıb
25.07.2025 [18:21]
Beynəlxalq Ədalət Məhkəməsi (IJC) dövlətlərin iqlim dəyişmələri ilə bağlı hüquqi öhdəliklərini xatırladıb.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Oslo Universitetinin hüquq professoru Kristina Voyt bununla bağlı deyib: “İlk dəfədir ki, dünyanın ən yüksək məhkəməsi – Beynəlxalq Ədalət Məhkəməsi dövlətlərin iqlim dəyişikliyi ilə bağlı hüquqi öhdəliklərinə müraciət edir”.
ICJ dövlətlərin iqlimə ziyan vurduğuna görə məsuliyyət daşıya biləcəyinə dair qərar çıxarıb. Bəzi ekspertlər bu qərarın dünyada iqlimlə bağlı gələcək iddiaları formalaşdıracağına inanırlar.
Dəniz səviyyəsinin yüksəlməsi ilə təhdid edilən Sakit okeandakı ada dövləti Vanuatu tərəfindən qaldırılan məhkəmə iddiasına dair hökm çıxaran Beynəlxalq Ədalət Məhkəməsi bildirib ki, dövlətlər ətraf mühiti istixana qazı emissiyalarından qorumaq öhdəliyi götürüb və bu vəzifəni yerinə yetirmək üçün lazımi səylə əməkdaşlıq etməlidir.
ICJ bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında sadalanan dövlətlərin emissiyaları məhdudlaşdırmaq, karbon tullantılarını və rezervuarlarını yaxşılaşdırmaq üzrə səylərə rəhbərlik etmək üçün əlavə öhdəlikləri var.
Bu qərarın əhəmiyyətli olduğuna inandığını bildirən K.Voyt qeyd edib ki, sözügedən hökm dövlətlərin beynəlxalq müqavilələr və adət-ənənə hüququ əsasında iqlim məsuliyyətlərini aydınlaşdırır, bununla da iqlimlə bağlı effektiv fəaliyyətin təmin edilməsinə şərait yaradır.
Məhkəmə, həmçinin BMT-nin İqlim Konvensiyasının məqsədlərinə nail olmaqda dövlətlər arasında əməkdaşlığın, eləcə də Kioto Protokolunun müddəalarına riayət olunmasının vacibliyini vurğulayıb.
Ekspertlər bu məhkəmə işinin həm yazılı, həm də şifahi mərhələdə görünməmiş yüksək sayda iştirakçı dövlətləri və beynəlxalq təşkilatları cəlb etdiyini, həmçinin dünyanın ən böyük məhkəmə prosesi olduğunu bildirirlər.
Üstəlik, ICJ qərar verib ki, Paris Sazişinə əsasən dövlətlər öz temperatur hədəflərinə çatmağa kömək etmək üçün adekvat addımlar atmalıdır. Məsləhətçi rəydə, həmçinin ozon təbəqəsi konvensiyaları, Bioloji Müxtəliflik haqqında Konvensiya və Səhralaşma Konvensiyası kimi əsas müqavilələrə istinad edilib, onların xüsusilə quraqlıqdan təsirlənmiş Afrika ölkələrində əhəmiyyəti vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

