Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Saatlıda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlanıb

Saatlıda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlanıb

09.09.2025 [21:07]

Saatlı rayonunun Fətəlikənd kəndində fəaliyyət göstərən, Budax İsmayıl oğlu Həsənova məxsus süd qəbulu məntəqəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı bir sıra nöqsanlar müəyyən edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisədə temperaturun monitorinqinin və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, alət və avadanlıqlar üçün təchiz olunmuş yuma sahələrinin tələblərə uyğun gəlmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi, qəbul sahəsində döşəmənin asan yuyulub təmizlənən materialla üzlənmədiyi, giriş hissədə dezinfeksiyaedici baryerin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31