Əfqanıstan ətrafında geosiyasi situasiya dəyişir
08.12.2021 [11:19]
Pərviz Sadayoğlu
Artıq dünyanın bir sıra dövlətləri, o cümlədən qonşu ölkələr Əfqanıstanla, daha doğrusu, yeni hakimiyyətlə münasibətləri tənzimləmək üçün addımlara hazır olduqlarının anonsunu verirlər. Məsələn, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev xarici KİV-lərə müsahibəsində bildirib ki, Əfqanıstanda sülhün və sabitliyin əldə edilməsi onun inkişafı üçün yol açacaq, həmçinin regional və beynəlxalq əhəmiyyətli iri iqtisadi və enerji layihələrinin həyata keçirilməsi üçün yeni strateji imkanlar yaradacaq. Özbəkistan lideri vurğulayıb ki, əgər əlaqələndirilmiş effektiv tədbirlər görülməsə, Əfqanıstan uzun müddət regional təhlükəsizliyə yeni çağırışlar və təhdidlər mənbəyi olaraq qala bilər. Ş.Mirziyoyev Əfqanıstanın transregional əlaqələrin təşviqində əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Əfqanıstanın iqtisadi cəhətdən yenidən qurulması burada davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün əvəzsiz şərtdir: “Bu baxımdan, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün yeni hakimiyyətlə dialoqu inkişaf etdirmək, əfqan xalqına sosial-iqtisadi və humanitar yardımı davam etdirmək lazımdır. Əfqanıstanda genişmiqyaslı humanitar böhranın, onun beynəlxalq təcrid olunmasının qarşısını almaq son dərəcə vacibdir”.
Xatırladaq ki, bir müddət öncə bəzi Qərb dövlətləri də Əfqanıstanda siyasi təmsilçiliklərini - səfirlikləri yenidən bərpa edəcəklərini bildirmişdilər. Bu, beynəlxalq aləmin artıq Əfqanıstanın yeni hökuməti ilə münasibətləri formalaşdırmaq üçün addımlar atmağa hazır olduğunu göstərir. Artıq Əfqanıstana və “Taliban”a münasibətdə tərəflər müəyyənləşir.
Vurğulanmalıdır ki, Əşrəf Qəninin ölkəni tərk etməsinin ardından faktiki hakimiyyəti ələ almış “Taliban” daxili sabitliyi tam formalaşdıra bilməsə də, “Taliban” sərhədlərindən kənarda yeni simada təqdim olunmağa cəhdlər göstərir. Bu cəhdlər isə, göründüyü kimi, bəhrəsini verir. Nəzərə alınmalıdır ki, Əfqanıstan Böyük İpək yolunun, başqa sözlə, dünyanın ən əsas iqtisadi tranzit yolunun üzərində yerləşir. O baxımdan, regionda, xüsusilə tranzit yolun keçdiyi ərazilərdə sabitliyin formalaşması digər ölkələrin də marağındadır. İstər Qərb, istərsə də qonşu dövlətlər Asiya ilə Avropanı birləşdirən iqtisadi bağların keçid məntəqələrindən biri olan Əfqanıstanda yaşanan qeyri-müəyyənliklərin heç bir müsbət perspektiv vəd etmədiyinin fərqindədir....
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51

