Şərq Tərəfdaşlığı Sammiti ölkəmizin haqlı mövqeyinin təsdiqində əhəmiyyətli rol oynadı
16.12.2021 [19:41]
Milli Məclisin deputatı Əliabbas Salahzadə bu gün dünyanın diqqətində olan Şərq Tərəfdaşlığının VI Sammitinin Azərbaycanın diplomatik uğurlarının təqdimatında mühüm əhəmiyyət kəsb etməsindən bəhs edərək bildirib ki, dövlət başçısı İlham Əliyev Sammitdəki çıxışında, həmçinin keçirdiyi görüşlərdə postmünaqişə dövrünün çağırışlarını bir daha səsləndirərək Ermənistanın sülh sazişi ilə bağlı danışıqlara başlamasının vacibliyini diqqətə çatdırıb: “Dövlət başçısının Brüssel səfəri görüşlərlə zəngin olmaqla yanaşı, müzakirə edilən məsələlərin aktuallığı baxımından da diqqətçəkəndir. Bu məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın yürütdüyü siyasət, həmçinin Vətən müharibəsində tarixi Zəfəri iki və çoxtərəfli çərçivədə əlaqələrini daha da möhkəmləndirir, ölkəmizə beynəlxalq dəstəyi artırır. Ölkə Prezidentinin keçiridiyi görüşlər, ən əsası Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşləri, Şarl Mişelin üçtərəfli görüşün nəticəsi ilə bağlı Bəyanatında yer alan fikirlər ölkəmizin söz sahibliyini nümayiş etdirir. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni səhifə açılır. Azərbaycan hər zaman bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək niyyətini açıqlayırdı. Təəssüflər olsun ki, bəzi qurumlar qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın mövqeyini dətəkləsələr də real məqam yetişəndə susmağa daha çox üstünlük verirdilər.”
Əliabbas Salahzadə qeyd edib ki, 30 ilə yaxın işğal, həmçinin 44 günlük Vətən müharibəsi dövründə seyrçi mövqedə dayanan əksər dövlətlər, beynəlxalq təşkilatlar bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə yardımçı olmağa çalışırlar: “Bu, Azərbaycanın artan nüfuzu ilə yanaşı, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasının artıq hər bir dövlətin, beynəlxalq təşkilatın marağında olduğunu göstərir. Dövlət başçısı İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirir ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Çünki uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər.
Kommunikasıyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması və sair kimi məsələlərin həlli də öz növbəsində sülh müqaviləsinin imzalanmasını zəruri edir. Bu sazişin imzalanması Ermənistanla Azərbaycanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü dəstəkləməsidir. Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, sərsəm “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, törətdiyi təxribatlar danışıqları gərəksiz etdi, 44 günlük İkinci Qarabağ müharibəsinə səbəb oldu. Artıq Azərbaycan “Dəmir yumruğ”unu nümayiş etdirib.”
Avropa İttifaqı Şurasının Prezidentinin üçtərəfli görüşün nəticəsinə dair Bəyanatında Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün iki ölkə arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış etdiyini xüsusi vurğulayan millət vəkili bildirib ki, ümumiyyətlə, cənab İlham Əliyevin Brüsselə işgüzar səfəri Avropa İttifaqı ilə NATO-nun Azərbaycana dəstəyini nümayiş etdirdi: “Dünyada sülhün, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən NATO sülh sazişinin imzalanmasına dəstək olmağa hazırdır. Bu, Azərbaycanın ədalətli mövqeyinə dəstəyin ifadəsidir. Avropa İttifaqı Şurasının Prezidentinin üçtərəfli görüşün nəticəsinə dair Bəyanatında da əksini tapan Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. Bugünkü reallıqlar fonunda dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşada Vaqif Poeziya Günlərinin açılışı mərasimində səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik. Ölkə Prezidenti bildirmişdir ki, işğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü, səbirli olmaq, ədalətə inanmaq lazımdır. Ədalətə nail olmaq üçün çalışmaq, hədəfə doğru getmək, fədakarlıq göstərmək lazımdır. Bu gün hamımız deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi.”
Əliabbas Salahzadə Azərbaycanın xarici siyasət uğurlarını diqqətə çatdıraraq bildirib ki, Soçi, ardınca Brüssel görüşü, həmçinin Şərq Tərəfdaşlığının Sammiti çərçivəsində Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin qeyri-formal görüşü artıq Ermənistanın dalana dirəndiyini, beynəlxalq təzyiqlərin gücləndiyini təsdiqləyir.
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

