Nazir: "Prezidentin bugünkü sərəncamları 1 milyona yaxın insanın rifahına dəstəkdir"
17.12.2021 [20:51]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Kollegiya iclası keçirilib.
ƏƏSMN-dən "Report"a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamlarla ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlandığını bildirib.
İmzalanan bu Sərəncamların əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin etdiyini vurğulayıb.
Nazir bildirib ki, dövlət başçısının bu gün imzaladığı yeni Sərəncamlarla minimum əməkhaqqı gələn ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılır, bu artım 800 min işçinin maaşının artması deməkdir. Həmçinin dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırıldı. Yəni, bu gün imzalanan Sərəncamlar ümumən 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir.
S.Babayev vurğulayıb ki, ölkəmzidə son 4 ildə sosial ödənişlərdə baş verən ciddi artımların mühüm bir istiqaməti əməkhaqları ilə bağlıdır. Hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım bu dövrdə 2,3 dəfə təşkil edib. Habelə orta aylıq əməkhaqqında 37%, median əməkhaqqında 74% artım olub.
Qeyd olunub ki, əmək müqavilələrinin sayı da son 4 ildə 30% artıb.
Bütün bu müsbət proseslər nəticədə son 4 ildə əməkhaqqı fondunda da 92% artıma imkan verib və bu göstərici gələn il daha da artacaq.
Ümumilikdə Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamı ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlanmasına təminat yaradıb. İslahatların yeni mərhələsi 2,1 milyondan çox şəxsi əhatə edəcək və bu islahat mərhələsi üçün illik əlavə 1,5 milyard manat vəsait də nəzərdə tutulub.
İclasda 2022-ci il üçün istehsalat təqviminin təsdiq edilməsi, Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya mərkəzlərinin yaradılması, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44

