İslahatlar kursu...
21.12.2021 [10:36]
İnkişafı təmin edən mühüm amillərdən biri kimi
Nardar BAYRAMLI
Azərbaycan dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib. Ölkəmizdə iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biridir.
Politoloq Ramiz Alıyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sürətlə dəyişən reallıq islahatların aparılmasını vacib vəzifə kimi müəyyən edir. Prezident İlham Əliyevin son illər həyata keçirdiyi islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edən amillərdən biridir. Onun sözlərinə görə, dünyada iqtisadi böhrana, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalq-Prezident birliyi Azərbaycanın qazandığı uğurların əsas səbəbidir: “Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilir. Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmişdi və ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdı. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə etmişdi: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”.
Politoloq qeyd edib ki, bu gün hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, prosesi asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır: “Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından etibarən daha da intensivləşib. Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında struktur və kadr dəyişiklikləri aparılıb, eləcə də 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu formalaşıb. Yeni strukturda ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Bu, ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlıq qurulması, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi əhəmiyyətdən irəli gəlir”.
Həmsöhbətimiz söyləyib ki, Azərbaycanda demokratik inkişafın struktur elementlərindən birini ictimai institutların təkmilləşdirilməsi təşkil edir. Bu baxımdan, ayrı-ayrı ictimai təsisatlarla yanaşı, Azərbaycan milli mətbuatının da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb. “Demokratik islahatlardan bəhs edərkən qeyd etmək lazımdır ki, Azərbaycanda hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Bütövlükdə isə, söz, fikir və özünüifadə azadlığının təmin olunduğu Azərbaycanda milli mətbuat ölkənin demokratik inkişafına özünəməxsus töhfələr verir”, - deyən R.Alıyevin fikrincə, ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması dövlətin bu sahəyə dəstəyinin ifadəsidir. Bundan başqa, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı da xüsusi diqqət mərkəzindədir. Politoloq hesab edir ki, aparılan islahatlar nəticəsində dövlətin QHT sektoruna dəstəyi kifayət qədər artıb: “Həm media, həm də vətəndaş cəmiyyəti istiqamətində reallaşan islahatlar öz bəhrəsini verir. Bunun nəticəsidir ki, hər iki sahə milli və dövlət maraqlarımızın qorunmasında fəal iştirak edirlər. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar ölkəmizin ümumi inkişafına böyük töhfələr verir”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09

