Prezidentimiz Azərbaycan gəncliyinin ilham mənbəyidir
24.12.2021 [11:19]
Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilib, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayıb. Gənclərimiz bütün dövrlərdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə gediblər. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də mühüm addımlar atılıb.
Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilən gənclər siyasəti Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha da inkişaf edib. Gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi müəyyənləşdirildikdən sonra sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Məhz bu gənclik Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əsas qüvvəsi olaraq 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış əzəli və əbədi torpaqlarımızı düşməndən azad edib. Vətən müharibəsində Azərbaycan gəncliyi öz üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəlib.
Son illərdə gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətdə mühüm missiyanın daşıyıcılarına çevriliblər. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərin məhkəmə, icraedici orqanlarda irəli çəkilməsi, həm də hazırda parlamentdə gənc deputatların təmsil olunması mühüm əhəmiyyətə malikdir.
Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Eləcə də müxtəlif xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və fəaliyyətində yaxından iştirak edirlər.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə dəstəyinin bariz nümunəsidir.
Bu gün biz Azərbaycanın gəncləri olaraq işğaldan azad olunmuş ərazilərin bərpasında yaxından iştirak etməliyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızın, doğma yurd yerlərimizin çox qısa müddətdə yenidən bərpa olunacağına əminəm. Qarabağın dirçəldilməsində biz gənclər canla-başla, böyük həvəslə iştirak etməyə hazırıq. Bu torpaqlarda tezliklə müasir evlər tikiləcək, infrastruktur yaradılacaq. Vurğulayım ki, müasir, müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyuram.
Bir gənc olaraq dövlətimizin gənclər siyasətinin əhəmiyyətini aldığım təhsildə, əldə etdiyim nailiyyətlərdə aydın şəkildə hiss etmişəm. Mən İsmayıl Akif oğlu Rəsulzadə Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medalla bitirmişəm. İngilis dilində oxuduğum universitetdən fərqlənmə diplomu ilə məzun olmuşam. 2011-ci il iyul ayında keçirilən Dünya Azərbaycanlılarının III Qurultayının ən gənc nümayəndəsi olmuşam. Həmçinin 2012-ci ildə keçirilən Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təsis qurultayının nümayəndəsi olmuşam.
Eləcə də 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubiley proqramı çərçivəsində Heydər Əliyev Sarayında keçirilən tədbirdə əlaçı şagird kimi çıxış etmişəm. Bir çox beynəlxalq və respublika tədbirlərinin iştirakçısı olmuşam. ASAN Akademiyanı bitirmişəm. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) rəhbər kadrların hazırlanması ixtisası üzrə qiyabi ikinci ali təhsil alıram.
Bu təhsil ocağı mənin üçün çox müqəddəsdir. Çünki ata babam Salman Rəsulov da Dövlət İdarəçilik Akademiyasını – o dövrdəki Bakı Ali Partiya məktəbini
1975-77-ci illərdə ikinci ali təhsil olaraq bitirmişdir.
Bir gənc kimi fəaliyyətimdə hər zaman dövlətimizin, Prezidentimizin dəstəyini hiss etmişəm. Yeni nəsil nümayəndələri olaraq biz dövlətimizin başçısını Azərbaycan gənclərinin ilham mənbəyi hesab edirik. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi cənab Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə həmrəylik nümayiş etdirərək, Onun çağırışına qoşularaq torpaqlarımızın işğaldan azad edilməsində fəal iştirak etdi. İnanırıq ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük zəfərlər qazanacaq!
İsmayıl Rəsulzadə
Xəbər lenti
Hamısına baxAnalitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56

