Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Vikipediya”da Şuşa ilə bağlı rumın dilində...

“Vikipediya”da Şuşa ilə bağlı rumın dilində...

27.01.2022 [14:36]

“Şuşa İli” çərçivəsində “Qorqud” Vikipediya Metodik Klubu və Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının ortaq təşkilatçılığı ilə “Vikipediya”nın rumın dili bölməsində məqalələr zənginləşdirilir.
Bu barədə “Vikipediya” üzrə mütəxəssis, araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Bir neçə gündür ki, “Vikipediya”nın rumın dili bölməsində məqalələrin zənginləşdirilməsi davam edir. Belə ki, tarixi əhəmiyyət daşıyan Mehmandarovların evi, Zöhrabbəyovun evi haqqında onlayn ensiklopediyanın rumın dili bölməsində məqalələr yaradılıb. Məqalələr Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının sədri Vaqif Həsənov tərəfindən tərcümə olunur. Daha sonra klubun ekspertləri tərəfindən “Vikipediya”ya yerləşdirilir. Məqsəd “Şuşa İli” çərçivəsinə bu prosesə töhfə verilməsidir. Qeyd edim ki, Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Qulamhüseyn Məmmədov, Ayxan Zayıdzadə, Sübhan Xıdırzadə və başqa könüllülər tərəfindən “Şuşa İli” çərçivəsində türk, rus, ingilis və digər dillərdəki bölmələrində də məqalələr yaradılır və əsaslı redaktələr aparılır”, - deyə Elnur Eltürk bildirib.

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31