Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DOST mərkəzlərində "onlayn növbə" xidməti istifadəyə verilib

DOST mərkəzlərində "onlayn növbə" xidməti istifadəyə verilib

27.01.2022 [16:55]

DOST mərkəzlərində "onlayn növbə" və "surdotərcümə" xidmətləri istifadəyə verilib.

Artıq vətəndaşlar DOST mərkəzlərində xidmətlərdən "onlayn növbə" ilə yararlana bilərlər.

Bunun üçün DOST Agentliyinin rəsmi saytına daxil olmaq və əsas səhifədə qarşınıza çıxan "onlayn növbə" düyməsinə basmaq lazımdır. Ardınca açılan səhifədə xidmət almaq istdəyiniz mərkəz, xidmət istiqaməti, xidmət tarixi və vaxtını seçməklə, eləcə də, FİN nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə onlayn növbə əldə edə bilərsiniz.

Bundan əlavə, "onlayn növbə" götürərkən, eşitmə və nitq məhdudiyyətli şəxslər üçün surdotərcümə xidmətini seçmək də təklif olunur. Qeyd edək ki, surdotərcümə xidmətindən yararlanmaq üçün "onlayn növbə" götürmək mütləqdir.

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31