Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ötən il 456 sərhəd pozucusu saxlanılıb, 5 nəfər məhv edilib

Ötən il 456 sərhəd pozucusu saxlanılıb, 5 nəfər məhv edilib

03.02.2022 [13:27]

Ötən il dövlət sərhədini pozduqlarına görə 456 nəfər saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyilib.

Qeyd edilib ki, 2021-ci ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd reji­mini pozduq­larına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, giz­li şəkildə sərhəd nəzarəti mən­təqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb.

Ötən il həmçinin 5 nəfər sərhəd pozucusu məhv edilib.

"Sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanmış, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilib", - deyə hesabatda qeyd olunub.

Paylaş:
Baxılıb: 1056 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31