Vyana görüşü Ermənistana nə vəd edir?
05.02.2022 [10:03]
Əldə olunan nəticə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə də müsbət təsir edə bilər
P. İSMAYILOV
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr yenidən görüşəcək. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, danışıqlar prosesini aparmaq üçün vəzifələndirilmiş nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş fevralın 24-də Vyanada keçiriləcək.
Xatırladaq ki, ötən ay iki dövlətin nümayəndəsi arasında keçirilən görüşlərdən sonra tərəflər arasında münasibətlərin formalaşması ilə bağlı bəzi razılaşmalar meydana çıxıb. Qarşılıqlı təyyarə reysinin açılması da buna misal ola bilər. Ötən ayın ortalarında Moskvada keçirilən görüşdən sonra Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına və iki ölkə arasında sərhədlərin açılmasına ümid etdiklərini dilə gətirmişdilər. Məsələ ilə bağlı fevralın 3-də jurnalistlərə açıqlamasında Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib ki, problemlərin həlli və münasibətlərin normallaşması regiona və ümumilikdə proseslərə müsbət təsir göstərir. O əlavə edib ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müsbət təsir edəcək. Görünən budur ki, Ermənistan tərəfi münasibətlərin normallaşmasında maraqlıdır. Amma Vyana görüşündə nələrin müzakirə ediləcəyi ilə bağlı hələlik tam açıqlama verilmir. Türkiyə tərəfi aparılan danışıqlarda Azərbaycanın maraqlarını nəzərə alacağını əvvəlcədən bəyan edib.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən bildirib ki, II Qarabağ müharibəsində əldə olunmuş zəfərdən sonra regionda yeni siyasi reallıqlar formalaşıb. 2020-ci ilin dekabrında keçirilmiş Zəfər paradının ardından həm Azərbaycan, həm Türkiyə Prezidentinin formalaşacaq yeni əməkdaşlıq platformaları ilə bağlı səsləndirdiyi fikirlər regionun yeni yol xəritəsinə çevrilib. Bu proses Cənubi Qafqazın inkişafında yeni mərhələnin başlanğıcıdır. Yeni reallıqların memarı olan Azərbaycan isə prosesdə Ermənistanın da iştirakını istisna etmir: “Artıq müharibə və münaqişə bitib. Bu mənada, regionda yeni qonşuluq münasibətlərinin formalaşmasına ehtiyac duyulur. Bəlli olduğu kimi, Türkiyə uzun illərdir Ermənistanla heç bir iqtisadi-siyasi əlaqəyə malik deyil. Qarabağ münaqişəsinin yekunlaşması bu münasibətlərə yenidən baxılmasını zəruri edir. İndiki mərhələdə Ermənistan dövləti regionun aparıcı siyasi aktorlarından biri olan Türkiyə ilə münasibətlərin normallaşması yönündə danışıqlarda maraqlı görünür. Bu danışıqların motivi, mənzərəsi və tərəflərin şərtləri bəllidir. Hələ proses başlamamışdan öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, münasibətlərin normallaşması yönündə Ermənistanla aparılacaq danışıqlarda Azərbaycanın maraqları və mövqeyi birmənalı şəkildə qorunacaq, nəzərə alınacaq. Artıq iki dövlət arasında bəzi perspektiv əməkdaşlıqlarla bağlı addımlar müzakirə edilir. Fevralın 24-də keçiriləcək Vyana görüşu danışıqların növbəti raundudur. Yayılan informasiyalardan da görünür ki, Ermənistan tərəfi bu görüşdən çox şey gözləyir. İnanıram ki, Ermənistan hakimiyyəti də hazırk situasiyaya praqmatik yanaşma sərgiləəək. Bu dövlət Azərbaycanın ərazi bütövlüyünü tanımalı, öz qeyri-qanuni tələblərindən əl çəkməli, Turkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Əks halda bu ölkə regionun ümumi inkişaf prosesindən kənarda qala bilər”.
Millət vəkili vurğulayıb ki, Türkiyə bu prosesdə Azərbaycanın maraqlarını mütləq şəkildə əsas götürür. İki qardaş ölkə arasında imzalanmış “Şuşa əyannaməsi”nin ratifikasiyasına toxunan R.Həsən bildirib ki, təsdiq edilmiş bu sənəd həm Azərbaycan, həm də Türkiyə qarşısında mühüm öhdəliklər formalaşdırır. “Həm Azərbaycan, həm də Türkiyə bu bəynnamə ilə strateji müttəfiqlik statusu əldə ediblər. Ermənistan tərəfi prosesi həm də bu nöqteyi-nəzərdən dəyərləndirməlidir. Türkiyə-Azərbaycan birliyi regionun ümumi inkişafının əsas lokomotividir. Rəsmi İrəvan gecikmədən Cənubi Qafqazda inkişaf edən müsbət dinamikalı proseslərin bir parçasına çevrilməyi bacarmalıdır. Bunun üçün isə onların nə etməli olduqları bəllidir”, - deyə R.Həsən əlavə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

