Azərbaycanda ilk dəfə...
10.02.2022 [11:08]
Notarius vasitəsilə vətəndaşın eyniləşdirilməsi sisteminin onlayn bankda tətbiqi olacaq
MÜŞFİQƏ
İnnovativ xidmətlərin və həllərin tətbiqini davam etdirən Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən müştərilərə bank xidmətlərindən yararlanmaq üçün müraciətlərini videoəlaqə vasitəsilə məsafədən notariat qaydasında təsdiq edə bilmək imkanı yaradılıb. Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıq şəraitində ölkəmizdə ilk dəfə tətbiq olunan bu texnoloji həll bir sıra əməliyyatlar üzrə müştərilərin banka və ya notariusa bilavasitə müraciət etmək zərurətini aradan qaldırmağa xidmət edir. “PAŞA Bank”ın onlayn bank platformasına inteqrasiya olunmuş yeni sistemin dəstəyi ilə müştəri elektron kabinetindən ərizəsini videoyazı ilə birgə notariusa göndərərək notariat qaydasında təsdiqlədə biləcək.
“PAŞA Bank”, Ədliyyə Nazirliyi və çoxsaylı kütləvi informasiya vasitələrinin iştirakı ilə yeni istifadəyə verilən innovativ xidmətin ictimai təqdimatı keçirilib.
Sənədləşmə işləri daha etibarlı və əlavə vaxt itkisi olmadan həyata keçiriləcək
Tədbirdə çıxış edən “PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov bildirib ki, bu texnoloji həll ilkin mərhələdə müştərilərlə imzalanmış ümumi şərtlər toplusuna zəruri əlavə və düzəlişlərin edilməsi üçün tətbiq olunacaq. Bu yenilik bank-müştəri arasında sənədləşmə işlərinin daha etibarlı və əlavə vaxt itkisi olmadan həyata keçirilməsini təmin edəcək.
200 mindən çox istifadəçi mobil tətbiq vasitəsilə çoxsaylı notariat əməliyyatlarını həyata keçirir
Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə isə bildirib ki, 2019-cu ildən “Mobil notariat” tətbiqi uğurla istifadə olunur.: “Artıq 200 mindən çox istifadəçisi olan bu mobil tətbiq vasitəsilə çoxsaylı notariat əməliyyatlarının daha asan, rahat və məsafədən həyata keçirilməsi yüksək vətəndaş məmnunluğu doğurur. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində ölkədə iqtisadi proseslərin tənzimlənməsində əhəmiyyətli rolu olan, cəmiyyətdə xüsusi nüfuza və çoxsaylı müştəri auditoriyasına malik “PAŞA Bank”ın onlayn bank platforması ilə “Mobil notariat” tətbiqinin inteqrasiyası həm məsafədən təqdim olunan bank məhsullarının dairəsinin xeyli genişləndirilməsinə, həm də bu əməliyyatların etibarlılığının artırılmasına xidmət edəcək və dövlət - özəl tərəfdaşlığının nümunəsi olaraq ölkədə əlverişli biznes mühitinin formalaşdırılmasına xüsusi töhfə verəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

