O, BMT-dəki yeganə erməni deyil
11.02.2022 [23:19]
QHT-lər BMT-nin Baş katibinə etiraz bəyanatı ilə müraciət ediblər
MÜŞFİQƏ
Azərbaycandakı qeyri-hökumət təşkilatlarının rəhbərləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşə etiraz bəyanatı ünvanlamaq məqsədilə dünən Bakıda bir araya gəliblər. Tədbirdə 50-dən çox QHT nümayəndəsi iştirak edib. Məqsəd ölkədə həyatın müxtəlif sahələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən BMT-nin İnkişaf Proqramında (UNDP) çalışan ermənilərin Azərbaycana qarşı nifrət zəminində apardıqları kampaniyaya etiraz və bunun qarşısının alınmasının tələb olunmasıdır.
BMT-nin erməni əsilli əməkdaşları azərbaycanlılara qarşı nifrət
zəminində təbliğat aparır
Toplantının moderatoru, Hüquqi Təhlil və Araşdırmaları İctimai Birliyinin sədri Ramil İsgəndərli bildirib ki, BMT-nin rolunu, dəstəyini, ölkəmizdə həyata keçirdiyi layihələrə verdiyi töhfəni danmaq olmaz. Amma BMT-nin erməni əsilli əməkdaşları azərbaycanlılara qarşı nifrət zəminində təbliğat aparır və bu da bizim haqlı narazılığımıza səbəb olur. Onun sözlərinə görə, BMT-nin Makedoniyada ölkə üzrə rezident əlaqələndiricisi Armen Qriqoryan Azərbaycana və Türkiyəyə qarşı düşünülmüş nifrət kampaniyası aparır: “O, yeganə erməni deyil. Onlar statuslarından istifadə edirlər. Bu da haqlı olaraq bizdə narazılıq doğurur. Biz bəyanatda belələrinin cəzalandırılması və mandatlarının əlindən alınması məsələsini qaldırmışıq”.
BMT rəhbərliyinə müraciət ünvanlanacaq, öz əməkdaşlarının açıqlamalarına aydınlıq gətirsinlər
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə qeyd edib ki, manipulyativ hərəkətlərlə məşğul olan beynəlxalq QHT-lər bəzi ölkələri qərəzli şəkildə qaralamaqla məşğuldurlar, bəzilərini isə haqlı olmadığı halda ən demokratik ölkə kimi təqdim edirlər: “Bizim QHT-lər təşəbbüs göstərdilər ki, həmin beynəlxalq təşkilatlara adbaad müraciət göndərsinlər və onların hansı əməkdaşlarının bu cür monipulyativ və pozucu əməllərlə məşğul olması barədə rəhbərliklərinə məlumat versinlər. Konkret olaraq bugünkü müraciətimiz BMT rəhbərliyinə ünvanlanacaq. Onlar öz əməkdaşlarının məsuliyyətini müəyyən edib, onların açıqlamalarına aydınlıq gətirsinlər”.
“Bəzi təşkilat təmsilçiləri sosial şəbəkələrdə öz şəxsi profillərində Azərbaycan dövlət rəmzlərinə qarşı sayğısızlıq edirlər. Düşünürəm ki, beynəlxalq qurumlar buna qarşı adekvat münasibət bildirməlidir. Əgər hər hansı bir beynəlxalq təşkilat nümayəndəsi Azərbaycana qarşı təhqir işlədibsə, həmin şəxs dərhal təşkilat tərəfindən cəzalandırılmalıdır”.
Bu fikirləri isə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
Sonda QHT sədrlərinin iştirakı ilə BMT-nin baş katibi Antonio Quterreşə müraciət göndərilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06

