Gənclərimiz tarix yazdı...
18.02.2022 [23:46]
Nardar
Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Məhz bu siyasətin nəticəsində ölkəmizdə yüksək intellektli, vətənpərvər, bilik və bacarıqlı gənc nəsil formalaşıb. Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da böyük gənclər ordusu birləşib. YAP Göyçay rayon təşkilatının üzvü, fəal gənc Dinar Əliyevlə söhbətimiz Azərbaycan gəncliyinin cəmiyyətdəki mövqeyi, gənclərin inkişafı ilə bağlı atılan addımlar və s. məsələlərlə bağlıdır.
Əvvəlcə qeyd edək ki, Dinar Əliyev 1992-ci ilin may ayında Göyçay rayonu, Birinci Ərəbcəbirli kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialını tarix-coğrafiya ixtisası üzrə bitirib. 2014-cü ildən Göyçay Peşə liseyində coğrafiya müəllimi işləyir. Eyni zamanda, YAP Göyçay rayon təşkilatının fəal gənclərindən biridir. O, 2016-ci ildən 2021-ci ilədək YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü olub, hazırda isə rayon təşkilatının Peşə Liseyi ərazi partiya təşkilatının sədr müavinidir.
Həmsöhbətimiz olan Dinar Əliyev bildirib ki, Azərbaycan gəncliyinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti dövlətimizin gənclərə qayğısını şərtləndirir. Hazırda isə bu siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müxtəlif illərdə gəncliyin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinə yeni impuls verib: “Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Bu gün gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, gənclərin dövlət idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir”.
D.Əliyev hesab edir ki, Yeni Azərbaycan Partiyasının da fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artmasından ibarətdir: “Görülən effektiv işlərin nəticəsidir ki, hazırda dövlət orqanlarında, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır. Yeni Azərbaycan Partiyası bu gün istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq fəal şəkildə təbliğ olunur. Partiyamızın həyata keçirdiyi çoxsaylı layihələr də gənclərin bilik səviyyəsinin yüksəldilməsinə, liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur. Bütün bunlar isə perspektiv baxımından böyük uğurlar vəd edir”.
Həmsöhbətimiz qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri böyük şücaət göstərdilər. Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu: “Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi. Biz şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla anırıq. Vətən müharibəsində mən də bir Azərbaycan gənci kimi iştirak etdim. Qürur duyuram ki, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda müqəddəs mübarizədə iştirakçı oldum. Hərbi əməliyyatlar başlanan gün mən də xidmətə çağrıldım və Ağcabədi istiqamətində yerləşən hərbi hissəyə göndərildim. Həmin ərazidə verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışdım. Bütövlükdə, bu müqəddəs müharibədə gənclərimiz tarix yazdı”.
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50

