/ / “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabının və “Xocalı bu gün” portalının təqdimatı keçirilib
“Xocalı 30 il: bir soyqırımın tarixi” kitabının və “Xocalı bu gün” portalının təqdimatı keçirilib
25.02.2022 [19:57]
Fevralın 25-də Heydər Əliyev Mərkəzində Ermənistanın 1992-ci ildə Xocalıda dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımının dünyaya çatdırılması çərçivəsində faciənin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan, rus, ingilis və ispan dillərində tərtib edilmiş “Xocalı 30 il: bir soyqırımının tarixi” kitabı və 4 dildə hazırlanmış “Xocalı bu gün” (www.khojalytoday.com) portalının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihənin Təşkilat Komitəsinin koordinatoru Zafiq Xəlilov çıxışında indiyədək “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Fondun təşkilatçılığı ilə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini, nəşrlərin hazırlandığını bildirib.
Layihənin işçi qrupunun üzvü Aliyə Məmmədli diqqətə çatdırıb ki, “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabı və www.khojalytoday.com portalı Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində hazırlanıb.
Bildirilib ki, nəşrdə Xocalı rayonu, onun coğrafiyası, təbii və tarixi şəraiti, işğaldan əvvəlki həyat tərzi, 1992-ci ilin soyuq qışında Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini yerlə-yeksan etməsi, 613 nəfər sakini xüsusi amansızlıqla qətlə yetirməsi, işgəncələrə məruz qoyması, Ermənistanın işğalı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsi barədə məlumatlar oxuculara çatdırılır. Kitabda soyqırımın baş verdiyi dövrdə xarici jurnalistlər tərəfindən qələmə alınan və dünyanın bir çox aparıcı media səhifələrində nəşr edilən xəbərlər də yer alır. Xocalı soyqırımı barədə şahid ifadələri, yerli və xarici fotoqrafların lentə aldığı və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri özündə əks etdirən fotolar da nəşrdə təqdim edilir.
“Xocalı bu gün” portalında “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabında yer alan məlumatlarla yanaşı, faciəyə dair rəsmi sənədlər, videoçarxlar və sənədli filmlər, Xocalı soyqırımını əhatə edən, yerli və beynəlxalq müəlliflərin qələmə aldığı kitablar, elmi məqalələr, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya və digər hüquqi sənədlər təqdim edilir.
“Xocalı bu gün” resurs bazası Azərbaycan, rus, ingilis və ispan dillərində hazırlanıb. Portalın “Beynəlxalq dəstək” bölməsində bir sıra ölkələrin Xocalı soyqırımına dair qəbul etdiyi qətnamələr, Almaniya, Bosniya və Herseqovina, Meksika, Niderland, Türkiyədə faciə qurbanlarının xatirəsinə ucaldılan abidələr barədə məlumatlar verilir.
O da bildirilib ki, portalın “Öz hekayəni paylaş” bölməsi Xocalıdan və ümumiyyətlə, vaxtilə işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlarımızın yaşadıqları müsibətləri paylaşmaq imkanı verir. Bu baxımdan resurs bazası həm də məcburi köçkün olmuş şəxslərin öz hekayələrini dünya ictimaiyyətinə çatdırmaq üçün platforma rolunu oynayır.
Təqdimat mərasimində çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının təbliği istiqamətində mühüm işlər görülür. Professor 44 günlük Vətən müharibəsindəki Qələbənin bizlərə tarixin unudulmamasını, ondan dəqiq və düzgün qərarlar çıxarılmasının lazım olduğunu xatırlatdığını vurğulayaraq bildirib: “İndi biz gördük ki, Xocalı soyqırımı yalnız tarix və beynəlxalq hüquq deyil, bu, həm də Azərbaycanın müasir siyasətidir”.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədov təqdim olunan kitabın Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində mühüm nailiyyətlərdən biri olduğunu bildirib. O, Xocalı soyqırımının müasir dövrdə erməni faşizminin türklərə və müsəlmanlara qarşı nifrətinin bariz nümunəsi olduğunu da vurğulayıb.
Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı Azərbaycanın ən gözəl guşələrindən biri olan Xocalının tarixin fərqli dövrlərində müasir tarix və mədəniyyət nümunələrini özündə əks etdirdiyini bildirib. O, işğala qədər Xocalıda onlarla mədəniyyət, səhiyyə, sənaye müəssisəsinin, muzey və məktəblərin fəaliyyət göstərdiyini, işğaldan sonra isə bu müəssisələrin ermənilər tərəfindən məhv edildiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

