Bu qurumlar üçün dövlət rüsumunun məbləği 10 dəfə azaldılır
02.03.2022 [11:25]
Martın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.
Trend-in məlumatına görə, ilkin olaraq “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihələri təqdim edilib.
Diqqətə çatdırılıb ki, hər iki qanun layihələrinə dəyişiklik “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanıb və teleradio yayımı subyektlərinin adıçəkilən qanunla müəyyən edilmiş audiovizual media subyektlərinin təsnifatına uyğunlaşdırılıb.
Eyni zamanda qeyd olunub ki, “Dövlət rüsumu haqqında” Qanunun 7-ci maddəsində edilən düzəliş əsasında isə dövlət rüsumunun ödənilməsi ilə bağlı maddə əlavə edilir. Belə ki, 7.2-ci maddəyə əsasən bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcəkdir.
Bundan əlavə, “Media haqqında” Qanuna uyğunlaşdırılaraq “Dövlət rüsumu haqqında” Qanunun 22-ci maddəsində müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini tapmışdır. Müvafiq düzəlişləri nəzərə alaraq “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilir və dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 5000 manat təsbit olunur. Digər maddələrdə isə hər iki Qanuna təklif olunan dəyişikliklər əsasən dəqiqləşdirmə xarakteri daşıyır. Qanun layihələrində “regional televiziya yayımı”, “ümumrespublika radio yayımı”, “regional radio yayımı”, “abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı”, “abonentlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı”, “peyk yayımı” ifadələrinin müvafiq olaraq “regional yerüstü televiziya yayımçısı”, “ümumölkə yerüstü radio yayımçısı”, “regional yerüstü radio yayımçısı”, “sadə platforma operatoru” , “universal platforma operatoru”, “peyk yayımı həyata keçirən platforma yayımçısı” ifadələri ilə əvəz olunması nəzərdə tutulur.
Gündəliyə daxil edilən digər məsələ “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi olmuşdur.
Qeyd edilmişdir ki, Qanunun 11.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir, habelə təklif olunan dəyişikliyə əsasən bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilir və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilir. Komitə sədri Qanun layihəsinin qeyd olunan sahələrdə müvafiq dövlət orqanının fəaliyyətinin səmərəliyinin yüksəldilməsinə xidmət edəcəyini vurğulamışdır.
Sonra “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə digər qanun layihələrinə baxılıb.
Nəzərə çatdırılıb ki, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə Dövlət Ehtiyatları Agentliyi yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Buna uyğun olaraq qanun layihəsinin adıçəkilən fərmanları diqqətə alaraq hazırlandığı və dəqiqləşdirmə xarakteri daşıdığı qeyd edilmişdir.
Sonda isə “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi plenar iclasda üçüncü oxunuşa müzakirəyə çıxarılması tövsiyə olunmuşdur.
İclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev və həmin qurumun Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsinin müdiri İlqar Həbiyev iştirak etmişlər.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41

