Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan və İran XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və İran XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər

08.03.2022 [18:14]

8 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini ifadə ediblər.

Tərəflər cari ilin 9-10 mart tarixlərində Azərbaycanda keçiriləcək Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının yüksək önəmini qeyd ediblər. Bu xüsusda İranın rəsmi heyəti ilə yanaşı, Azərbaycana bir qrup iş adamlarının səfər etməsi məmnunluqla vurğulanıb.

Nazirlər, həmçinin regional məsələləri, eyni zamanda Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Nazirlər, İranın nüvə prpoqramı üzrə Vyanada aparılan danışıqların gedişatı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 773 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31