Nazirlik sudan ödənişli istifadə ilə bağlı anlaşılmazlıqlara aydınlıq gətirib
31.03.2022 [16:07]
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda “Sudan ödənişli istifadə Qaydaları”na edilən dəyişikliklərlə bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirib.
Nazirin müşaviri Rasim Səttarzadə “Report”a açıqlamasında deyib ki, qaydalar su ehtiyatlarından ödənişli istifadə sahəsində indiyədək ayrı-ayrı qanunvericilik aktlarında pərakəndə şəkildə tənzimlənən və dəqiq uçotun və qiymətləndirmənin aparılmasına imkan verməyən mexanizmləri vahid sənəddə birləşdirilməsinə yönəlib.
Onun sözlərinə görə, bu qaydalar su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb: “Qaydaların təsdiq edilməsi ümumilikdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində aparılan islahatlara öz töhfəsini verəcək, israfçılığın qarşısı alınacaq. Torpaq sahələrinin sahibləri öz ehtiyaclarını ödəmək üçün təzyiqsiz su quyularının qazılmasını və istismarını ödənişsiz həyata keçirə bilərlər. Bu baxımdan xüsusi vurğulamaq lazımdır ki, əhalinin həyətyanı sahələrində istifadə etdiyi fərdi su quyularının mütləq əksəriyyəti bu kateqoriyaya aiddir, yəni ödənişdən azaddır”.
R.Səttarzadə qeyd edib ki, ümumi istifadədə olan su obyektlərindən çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə məqsədilə istifadə də ödənişsizdir: “Tariflər suyun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq differensiallaşdırılır”.
O həmçinin əlavə edib ki, tariflər müəyyənləşdirilən zaman əhalinin həssas qrupları da nəzərə alınacaq: “Sudan ödənişli istifadənin tətbiq olunması əhalinin sosial rifahına mənfi təsir göstərməyək, əksinə su ehtiyatlarından səmərəli və qənaətlə istifadə etməklə əhalinin suya olan tələbatının tam şəkildə qarşılanmasına nail olunacaq. Beləliklə, yeni qaydaların əsas məqsədi su istehlakçıları üçün maliyyə yükü yaratmaq deyil, məhdud su resurslarına malik olan Azərbaycanda sudan səmərəli istifadə məqsədilə suyun mənbədən götürülməsindən son istehlakçıyadək dəqiq uçotun və qiymətləndirmənin aparılmasını təmin etməkdən ibarətdir. Mingəçevir su anbarından başlayaraq Xəzərə dənizinə qədər Kür çayı üzrə sudan istifadəsinin tənzimlənməsi suya qənaət etməyə və ondan səmərəli istifadə etməyə və duzlaşma probleminin həllinə də kömək edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

