Gəmilərin adları dəyişdirilir
08.04.2022 [10:00]
Şəhidlərimizin adları beynəlxalq sularda üzən gəmilərə veriləcək
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə bu holdinqə məxsus gəmilərdən birinə Milli Qəhrəman Polad Həşimovun adı verilib.
Mübariz Mənsimovun dəvətilə şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım İstanbula gedərək, gəminin təqdimatında iştirak edib. Yalovada Doğruyol tərsanəsində baş tutan təntənəli mərasimə hərbi ekspert Elçin Axundzadə təşkilatçılıq edib. “Yeni Azərbaycan”a açıqlama verən Elçin Axundzadə bildirib ki, Səmayə xanım “Palmali” şirkətinin ofisində Mübariz Mənsimovun qonağı olub.
“Mübariz Mənsimov şəhid anasının qarşısında baş əyərək, onun əlini öpüb, bütün şəhidlərə və şəhid ailələrinə ehtiramını bildirdi. Gəmi suya salınarkən Səmayə xanım göz yaşlarını saxlaya bilmirdi. Şəhid generalın anası olmaq həm böyük şərəfdir, həm belə bir oğulun itkisi əlbəttə ki, insanı həmişə yandırır. Səmayə ana gəmiyə və onun heyətinə uğurlar dilədi, “Mübariz kimi qardaşlarımızı Allah qorusun və uğurları daim olsun”, deyə xeyir-dua verdi. “Palmali Holding”in adından Səmayə xanıma gəminin şərəfinə qızıl medalyon hədiyyə edildi”,- deyə Elçin Axundzadə qeyd edib..
“140 metr uzunluğu, 17 metr eni olan gəmi 7500 ton yük daşımaq qabiliyyətindədir. “Polad Həşimov” gəmisi Ukrayna sularında, Azov dənizində fəaliyyət göstərəcək. Bu gəmi maye günəbaxan yağının daşınması üçün nəzərdə tutulub. Tutumu 7103 ton olan “Polad Həşimov” gəmisi Türkiyə iqtisadiyyatına töhfələr verəcək. Onu da deyim ki, “Palmali Holding”ə məxsus gəmilərin adları dəyişdirilməyə başlayıb. Gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd şəhidlərimizin adını ucaltmaq və dünya sularında tanıtmaqdır. Şəhidlərimizin adı verilən 9 gəmi taxıl daşıyacaq. Vətən yolunda can verən igidlərin adları bolluğun, bərəkətin rəmzi olacaq, ehtiyacı olanları taxılla təmin edəcək.
İ. Loğman
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20

