Avropadan neçə diplomat qovulub?
08.04.2022 [10:16]
Rusiyanın Avropa ölkələri ilə münasibətlərində diplomatik gərginlik artır. “Qoca qitə” Moskvaya qarşı “diplomatik müharibə”yə başlayıb. Aprelin 6-na olan məlumata görə, Qərb ölkələrindən çıxarılan Rusiya diplomatlarının sayı 330-u keçib.
- Polşa diplomat statusu daşıyan 45 rusiyalını casusluq səbəbi ilə deportasiya edərək, bu prosesdə ən çox diplomatı ölkədən çıxaran ölkədir.
- Rusiya ilə yaxşı münasibətləri olan Bolqarıstan 12 rus diplomatını ölkədən çıxarıb.
- Slovakiya XİN-i 38 rus diplomatını ölkədən çıxardığını açıqlayıb.
- Belçika hökuməti isə bu ölkədə yerləşən rus diplomatlardan 21-ni casusluq etdiklərini əsas gətirərək ölkədən çıxarmaq qərarına gəlib.
- Niderlandın XİN-i 17 rus diplomatı ölkədən çıxardıqlarını açıqlayıb.
- Litva XİN-dən verilən açıqlamada qeyd olunub ki, Rusiya səfiri Aleksey İsakov nazirliyə çağırılıb və ona Rusiya səfirliyinin 4 əməkdaşının “persona non qrata” elan edilməsinə dair diplomatik nota verilib.
- Bu arada Estoniya 3 rus diplomatını ölkədən çıxarıb, Latviya isə 3 rus diplomatını “persona non qrata” elan edib.
- Öz növbəsində, Şimali Makedoniya da 5 rus diplomat Vyana Konvensiyasına əməl etmədiyi səbəbilə ölkədən çıxarılıb.
- Monteneqronun XİN-i Rusiyanın Monteneqrodakı səfirliyində çalışan rus diplomatın “persona non-qrata” elan edildiyini açıqlayıb.
- İspaniya Rusiyanın 25 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edib.
- İsveç Rusiyanın 3 diplomatını “persona nonqrata” elan edəcək. Bu barədə İsveç XİN-dən bildirilib.
- İtaliya XİN-i isə Rusiyanın 30 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.
- Danimarka hökuməti Rusiyanın 15 diplomatını “persona nonqrata” elan edib.
- İrlandiya da 4 rus diplomatı ölkədən çıxardığını diqqətə çatdırıb.
- Aprelin 4-də Almaniya XİN-in rəhbəri 40 rus diplomatını “persona nonqrata” elan edib.
- Fransa da 30-a yaxın rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
- Avstriya 4 rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib.
- Portuqaliya hökuməti Rusiyanın Lissabondakı səfirliyinin 10 əməkdaşını “persona nonqrata” elan etmək qərarına gəlib.
- Yunanıstan da Rusiyanın 12 diplomatını “persona nonqrata” elan edib və onlardan ölkəni tərk etmələri tələb olunub.
- Bundan başqa, ABŞ Moskvanın BMT-dəki nümayəndəliyinin 13 diplomatını ölkədən qovaraq, Rusiyaya növbəti zərbəni vurub.
Qeyd edək ki, Avropa ölkələri son 5 gündə 182 rus diplomatı qovub. Müharibə başlayandan Buçadakı qətliama qədər isə Avropadan qovulan rus diplomatların sayı 150 idi. Diplomatların çıxarılması bu ölkələrlə Rusiya arasında diplomatik münasibətlərin kəsilməsi demək deyil. Bu, həmin dövlətlərin konkret ölkədə öz vətəndaşlarına dəstəyinə müəyyən təsir göstərir, viza almaq imkanlarını azaldır və tərəflərin təmaslarını qismən çətinləşdirir. Ekspertlər qeyd edirlər ki, hazırkı “diplomatik müharibə” geniş miqyas almağa başlayır. Hətta II Dünya müharibəsindən əvvəl və ya “soyuq müharibə” dövründə belə vəziyyət yaranmamışdı.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32

