Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 83 yaşlı yaponiyalı təkbaşına Sakit okeanı üzərək keçib

83 yaşlı yaponiyalı təkbaşına Sakit okeanı üzərək keçib

04.06.2022 [19:43]

Yaponiyalı dənizçi Keniçi Hori təkbaşına Sakit Okeanı dayanmadan üzərək keçmiş dünyanın ən yaşlı insanı olub.

Trend xəbər verir ki, bu barədə "Kyodo" nəşri yazır.

Bildirilir ki, 83 yaşlı K.Hori altı metrlik Suntory Mermaid III yaxtası ilə 8500 km məsafə qət edib. Yerli vaxtla saat 2:23-də (Bakı vaxtı ilə 21:23) Hori ölkənin qərbində Vakayama və Tokusima prefekturalarını ayıran Kii kanalına çatıb. Onun səyahəti martın 27-də ABŞ-ın San-Fransisko şəhərində (Kaliforniya ştatı) başlayıb.

Bu, Keniçi Horinin ilk uzun məsafəli təkbaşına səyahəti deyil. 1962-ci ildə Hori Yaponiyadan San-Fransiskoya Sakit Okean üzərindən təkbaşına dayanmadan səyahət edən dünyada ilk insan olub.

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31