Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əfqanıstanda üç partlayış olub, yaralılar var

Əfqanıstanda üç partlayış olub, yaralılar var

12.06.2022 [14:21]

Bu gün Əfqanıstanın müxtəlif əyalətlərində demək olar ki, eyni vaxtda üç partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın “Aşvaka” agentliyi məlumat yayıb.

Məlumata görə, onlardan ikisinin hədəfi ölkədə hakimiyyətə gələn radikal Taliban hərəkatının tərəfdarları olub. 

Qeyd edilir ki, Qunduz əyalətində yol kənarındakı minanın partlaması nəticəsində azı 4 mülki şəxs xəsarət alıb. Bədəxşan əyalətinin mərkəzi Faizabad şəhərində partlayıcı qurğu Taliban tərəfindən təchiz edilmiş polis bölməsinin yanında işə salınıb. Kunar əyalətində radikal hərəkatın silahlılarını daşıyan avtomobil partladılıb.

Talibanın təyin etdiyi yerli hakimiyyət orqanları son iki insidentlə bağlı heç bir açıqlama verməyiblər.

Paylaş:
Baxılıb: 724 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31