Şotlandiya müstəqillik istəyir
30.06.2022 [10:19]
Baş nazir Nikola Starcen Boris Consona rəsmi müraciət edib
Avropa qitəsində illərdir davam edən parçalanmalar yenidən aktuallaşır. Bu dəfə Şotlandiyanın Baş naziri Nikola Starcen Böyük Britaniyanın Baş naziri Boris Consona Şotlandiyada müstəqillik referendumunun keçirilməsi təklifi ilə bağlı məktub göndərib. Nikola Starcen Britaniya hökumətinin başçısına yazdığı məktubda Consonun kabinetinin hərəkətlərini tənqid edib. O, 19 oktyabr 2023-cü ildə Böyük Britaniyadan müstəqillik üçün referendum keçirmək təklifini açıqlayıb.
Qeyd edək ki, 1707-ci ildən Birləşmiş Krallığın bir hissəsi kimi yaşayan, böyüyən və inkişafa çalışan Şotlandiya, Böyük Britaniyanı meydana gətirən dörd böyük quru parçasından biridir. Şotlandiya parlamenti nə qədər Londona bağlı olsa da, Şotlandiyanın avtonom bir hüquq sistemi və kilsəsi mövcuddur. Bundan başqa, Şotlandiyanın hüquq sistemi İngiltərə, Uels və Şimali İrlandiya sistemlərindən müstəqil olaraq saxlanılıb. 1997-ci ildə keçirilən referendumdan və 1998-ci ildə qəbul edilən Şotlandiya Qanunundan sonra 1999-cu ildə Şotlandiya Parlamenti yenidən fəaliyyətə başlayıb. 2014-cü il sentyabrın 18-də isə Şotlandiyanın müstəqilliyi ilə bağlı ilk Referendum keçirilib. Səs verənlərin 55,3%-i Böyük Britaniyanın tərkibində qalmağa üstünlük veriblər. 2016-cı il iyunun 23-də keçirilən Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendumda isə Şotlandiya əhalisinin 62%-i buna qarşı çıxıb. Bu amil Şotlandiya hökumətini özünün müstəqil xarici və hüquqi fəaliyyətini davam etdirmək qərarına gətirib. Beləliklə, Birinci Nazirin rəhbərlik etdiyi Şotlandiya hökuməti ölkənin müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsində israr edir. Onun partiyası ötən ilin mayında keçirilmiş parlament seçkisində qələbə qazanıb. Nikola Starcenin liderlik etdiyi Şotland Milli Partiyası 129 yerlik parlamentə 64 deputat yeri qazanıb. Qeyd edilməlidir ki, parlament çoxluğunu əldə edən partiya Şotlandiyanın Böyük Britaniyadan ayrılmasını özünün əsas hədəfi kimi seçmişdi. Aparılan təbliğat kampaniyalarının əsas şüarını da bu amil təşkil edirdi.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

