Atanın narkotik qəndi
09.07.2022 [11:35]
Murad Köhnəqala
Hər dəfə mətbuatımızda cinayət tərkibli hadisələr haqda xəbər oxuyanda məşhur psixiatr, kriminoloq Çezare Lombrozonun bir fikrini xatırlayıram. Lombrozo deyir ki, bir cəmiyyəti sağlamlaşdırmaq üçün əvvəlcə orada ən geniş yayılmış cinayəti təyin etməlisən.
Bizim ölkədə son dövrlər gənclər arasında sürətlə yayılan narkotik asılılığını ən qorxulu xəstəlik saymaq olar.
Diqqət edəndə görürsən ki, kriminal hadisələrin əksəriyyəti narkotika istifadəçiləri ilə bağlıdır. Ona görə də cəmiyyətin sağlam qütbü həmin xəstə kəsimə nəzarət etmə baxımından bacardıqca ayıq olmalıdır. Heç kimi qorxudub panikaya salmaq istəməzdim, ancaq bilməliyik ki, zahiri görünüşü ilə adi adamlardan seçilməyən istənilən narkoman hər zaman bizim ətrafımızda, yanımızda peyda ola bilər. Beyni dumanlanmış, reallıqdan uzaq, müxtəlif maniyalardan əziyyət çəkən insandan hər cür qeyri-adi, təhlükəli hərəkət gözləmək olar.
Narkotik vasitələrə aludəçiliyin gənclər arasında yayılması haqda mütəmadi məlumat verilir. DİN Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin bu yöndə apardığı maarifləndirmə işlərini, sosial şəbəkələrdəki fəaliyyətini xüsusi qeyd etmək istərdim. Onun feysbuk səhifəsində görk kimi paylaşdığı narkotik maddələrə aludə olmuş, həyatını zəhərləmiş dəstə-dəstə gəncimizin şəkillərinə etinasız baxmaq olmur. Cavanların, gənc ailə başçılarının o cür acınacaqlı duruma yuvarlanması adamı yandırır. Baxın, aşağıdakı həyəcan dolu məlumatı da Elşad Hacıyev təxminən bir həftə bundan əvvəl öz feysbuk səhifəsində paylaşıb:
“Daxili işlər orqanlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində ölkə ərazisində cari ilin 5 ayı ərzində qeyri-leqal dövriyyədən 1 ton 571 kiloqram narkotik vasitə və 191,5 kiloqram psixotrop maddə çıxarılıb.
Bu dövrdə 97 nəfərdən ibarət 33 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Narkotiklərlə əlaqədar bütövlükdə 4783, o cümlədən satışı ilə bağlı 1713 cinayət faktı aşkarlanıb. Bu növ cinayətlərə görə 2990 nəfər cinayət məsuliyyətinə cəlb edilib”.
Dəhşətli rəqəmlərdir! Beş ay ərzində bir ton yarım narkotik vasitə və iki yüz kiloqrama yaxın psixotrop maddə! Üç minə yaxın adam cinayət məsuliyyətinə cəlb olunub! Hələ bunlar aşkar edilənlərdir! Bu cinayətkarların cəmini ona vursan, yəni onların hər biri onca nəfəri zəhərləsə, bu, otuz min gənc eləyir! Mən hələ minimum götürürəm, bəlkə də həmin rəqəmi ona yox, yüzə vurmaq lazımdır. Özü də bunlar beş ay müddətində olan söhbətdir.
Bütün bunlar azmış kimi, bu mövzuda bir xəbər oxudum. Və bu yazını da həmin xəbəri oxuduqdan sonra yazmaq qərarına gəldim. Deməli, bir kişinin oğlunu narkotika ilə tutub “içəri” qoyublar. “İstifadəçidir, bədbəxtdir” deyibən göndəriblər penitensiar xidmətə ki, gəncdir, yazıqdır, qoy müalicə olunsun, bəlkə ağıllandı. Bu yerdə oğlanın atası özünü yetirib, nə yetirib! Kişi oğlunun “rahat çay içməsi üçün” içəriyə qənd göndərib. Axtarış nəticəsində məlum olub ki, ata qəndin içində oğluna heroin ötürürmüş! Mən heyrət elədim bu xəbərə. Xəbəri siz də oxuyun:
“Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş Nişad Abbas oğlu Musayevə atası, Göyçay rayon sakini Abbas Sabir oğlu Musayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı kəllə qəndlərin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,636 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,684 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib”.
Bu, nə ağıldı? Ata öz oğluna narkotik “qrev” göndərir. Bilmirsən ağlayasan, ya güləsən...
Sən deməynən, ataların müalicə olunan oğullarına qəndlə narkotika “qrev” göndərməsi dəbdə imiş. Növbəti xəbərə baxın:
“Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Cavidan Əhmədağa oğlu İbişova atası, Şirvan şəhər sakini Əhmədağa Böyükağa oğlu İbişov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qəndin içərisində toz şəklində gizlədilmiş ümumi çəkisi 3,850 qram olan psixotrop maddə - Preqabalin aşkar edilib”.
Dəhşət!
Axtarışa verəndə gördüm ki, “qənd əməliyyatı” çox imiş. Bu dəfə “içəridə” müalicə alanın atası yox, bacısı oğlu kövrələrək dayısına “pay” göndərib. Rəsmi xəbərdir, oxuyun:
“Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Verilən məlumata görə, həbs edilmiş Aqil Həqiqət oğlu Məmmədova bacısı oğlu, Bakı şəhər sakini Mircavad Zəki oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan sellofan paketdəki qəndin içində gizlədilmiş ümumi çəkisi 0,550 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib”.
Gülməyin, başınıza gələr.
Hələ biri də var, narkotik qəbul etdikdən sonra fala baxır, münəccimlik edir, bəxt açıb pul qazanırmış. Məsələ belə olub:
“Sumqayıt Şəhər Məhkəməsində vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Məlumata görə, Rəvan Sadıqov (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, o, tanışı Samir Sarıyevin (ad və soyad şərtidir) etibarından sui-istifadə edərək sonuncunu bəxtinin bağlandığına inandırıb və 900 manat müqabilində onu bəd dualardan azad edəcəyini vəd edib.
Bundan başqa o, təkrarən aldatma yolu ilə Gimnaziya direktoru müavini vəzifəsində çalışan şəxsin müqaviləsinin müddətinin uzadılmasına köməklik edəcəyinə, sonradan isə onun ayrı bir məktəbə direktor vəzifəsinə təyin edilməsinə köməklik edəcəyinə yalan vəd verməklə zərərçəkmiş şəxsin 17 550 manatını mənimsəyib.
Əslən Ağcabədidən olan 30 yaşlı Rəvan Sadıqovun növbəti dələduzluğu isə öz tanışı Hümbətov Vüsala (ad şərtidir) qarşı olub. Belə ki, o, tanışının etibarından sui-istifadə edərək “dua” yazmaqla onu Memarlıq və İnşaat Universitetində qabiliyyət imtahanından keçirəcəyini vəd edib. Rəvan özünü seyid kimi təqdim edərək Vüsaldan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev parkının qarşısında 5500 manat məbləğində pul alıb.
Bundan başqa, Rəvan Sadıqov şəxsi istehlak miqdarından artıq iki ədəd bükümdə ümumi təmiz çəkisi 7,009 qram olan psixotrop maddəni saxlamaqda təqsirli bilinib”.
Bütün bunlardan sonra bilmədim yazını hansı sözlərlə tamamlayım. Mən ta heç nə demirəm, şair demiş, nöqtə, nöqtə və nöqtə.
Xəbər lenti
Hamısına baxSiyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

