Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq niyyətindədir

Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq niyyətindədir

13.07.2022 [19:58]

Qazaxıstan Azərbaycana, Gürcüstana, Çinə, Pakistana, Türkiyəyə və İrana buğda ixracının həcmini artırmaq niyyətindədir.

APA-Economics” xəbər verir ki, bu barədə “Kazinform”a ölkənin Kənd Təsərrüfatı Nazirliyindən deyiblər.

Bildirilir ki, hazırda bununla yanaşı, Avropa İttifaqı ölkələrinin yeni bazarlarına çıxış yolları da araşdırılır.

Qazaxıstan buğdasının və ununun ənənəvi idxalçıları Əfqanıstan və Mərkəzi Asiya ölkələridir. Əsas buğda istehsalçıları olan Rusiya və Ukraynada geosiyasi vəziyyətə görə dünya bazarında buğdaya tələbat yüksəkdir. Bu amil Qazaxıstanın buğda və un ixracının artmasına təsir edib. Statistikaya görə, ilin əvvəlindən iyulun 8-dək ölkənin buğda ixracı 3035,5 min ton, un ixracı isə 784,7 min tona çatıb.

Nazirlikdən verilən məlumata görə, tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, ənənəvi olaraq məhsulların satıldığı bazarlarda buğda və un ixracının tempi bu il də davam edəcək.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30