Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Aİ bu il Azərbaycandan qaz tədarükünün artmasını gözləyir

Aİ bu il Azərbaycandan qaz tədarükünün artmasını gözləyir

27.07.2022 [16:23]

Avropa İttifaqı (Aİ) bu il Azərbaycandan qaz tədarükünün artmasını gözləyir.

Trend-in məlumatına görə, bunu enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson Aİ Nazirlər Şurasının enerji məsələləri ilə bağlı fövqəladə iclasının yekununda mətbuat konfransı zamanı deyib.

O, ötən həftə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə birgə Azərbaycana səfərini xatırladıb.

"Biz Azərbaycanda 2027-ci ilədək Aİ-yə qaz tədarükü həcminin iki dəfədən çox artırılması barədə razılıq əldə etdik. Artıq bu il tədarükün 4 milyard kubmetr artmasını gözləyirik", - deyə o bildirib.

Avrokomissar əlavə edib ki, Aİ-nin hazırda ABŞ, Kanada, Norveç, Misir və İsraillə qüvvədə olan sazişləri, Qətər və Əlcəzairlə uzunmüddətli tərəfdaşlığı var.

"Bundan başqa, biz Nigeriyadan mayeləşdirilmiş təbii qaz idxalının artırılması imkanını nəzərdən keçiririk", - K.Simson deyib.

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31