Lenin təqaüdçüsü Prezident təqaüdünə qarşı...
27.08.2022 [07:46]
Siyasət ciddi fəaliyyət növüdür, həm idrak - şüur, həm vicdan - səmimiyyət, həm də peşəkarlıq tələb edir. Şüurlu davranış, vicdanlı yanaşma və peşəkar fəaliyyət siyasətçinin fərdi imicini və ona ictimai münasibəti formalaşdırır. Əks halda, o, uğursuzluq simvoluna, lağ obyektinə, hətta ikrah və qəzəb ünvanına çevrilir.
Bu barədə nümunələr çoxdur. Necə deyərlər, “əlini sallasan, əllisi”, yaxud Əli Kərimlisi.
30 ilə yaxındır ki, real və virtual siyasət meydanında desibel rekordunu yeniləyəcək səviyyədə hay-küy, çığır-bağır salan Əli Kərimli hər hansı bir uğura nail olmayıb, tarixin arxivində tozlanmağa məhkum olub. Bu reallıq onda ciddi paranoya, aqressiya və isterika yaradıb. Hər kəsdən şübhəli və hikkəlidir. Savadsızlığını da buraya əlavə etdikdə trajikomik mənzərə ortaya çıxır.
Xaricdən idarə olunan “Osmanqızı TV” “youtube” kanalında siyasi moizələr söyləyərək özünü təkzib, rəzil və ifşa etməsi bu reallığı təsdiqləyir. O, bu günlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların - şəhidlərin ailələrinə və sağlamlığını itirmiş Vətən övladlarına Prezident təqaüdünün verilməsinin əleyhinə çıxış edib.
AXCP sədrinin bu günə qədər şəhid ailələrinin adından sui-istifadə etməsi inkaredilməz gerçəklikdir. Bu barədə kifayət qədər faktlar var. Bəzilərinə diqqət yetirək.
O, əvvəlcə “şəhid olanlar arasında AXCP üzvlərinin sayı kifayət qədərdir” deməklə siyasi xal qazanmağa çalışdı. Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş insanları siyasi mənsubiyyətinə görə fərqləndirməsi ikrahla qarşılandı.
Taktikası iflasa uğrayan Kərimli daha sonra həm dövlətin, həm də cəmiyyətin şəhid ailələrinə guya hörmətsizlik nümayiş etdirdiyi iddiasını irəli sürdü, xalqı ittiham etməklə ictimai ajiotaj yaratmağa cəhd etdi. Amma evdəki hesab bazara uyğun gəlmədi, onun “siyasi nəbz yoxlaması” sadəcə olaraq bumeranq effekti verdi. Sadə vətəndaşlar, hətta şəhid ailələrinin nümayəndələri, müharibə veteranları Ə.Kərimlinin fitnə-fəsad törətməyə çalışdığını, yalan tirajladığını etirazla, qəzəblə ifadə etdilər.
Görünür, bu faktlar ona dərs olmayıb. Yenidən şəhid, qazi adından istifadə edərək gərginlik yaratmağa, ucuz populizm qazanmağa çalışır.
Qeyd etdiyimiz kimi, şəhid ailələrinə, müharibə veteranlarına Prezident təqaüdünün verilməsinə qarşı çıxmaqla gündəmə gəlməyə çalışır. Söylədiyi fikirlər savadsızlığını, siyasi əxlaqsızlığını, ağır psixoloji durumunu əks etdirir:
- Deyir ki, “niyə Prezident təqaüdü verilir... təqaüd niyə Prezident təqaüdü adlandırılır?”. Anlamır (və ya anlamaq istəmir) ki, Prezident təqaüdünün verilməsi əməyin qiymətləndirilməsi, xidmətin və fəaliyyətin dəyərləndirilməsi amilidir. Burada söhbət təqaüdün adından deyil, mahiyyətindən gedir. Mahiyyət isə təqaüdə layiq görülənlərin rifahının yaxşılaşdırılması, maddi-mənəvi dəstək göstərilməsidir. Heydər Əliyevin təsis etdiyi Prezident təqaüdü onlarla ziyalının, Vətən qarşısında xidməti olan insanların həyatında müsbət dəyişikliyə səbəb olub. Dövlətin, dövlət başçısının vətəndaşa dəyər və dəstək verməsinin nəyi pisdir? Maraqlıdır, onu qıcıqlandıran təqaüdün adıdır, yoxsa Prezidentin vətəndaşa qayğı nümunəsi olan təqaüdün verilməsi?!
- Guya ritorik sual verir ki, “prezidentli respublika olmasaydı, baş nazir təqaüdü deyəcəkdiniz...”. Ə.Kərimlini nə narahat edir - Azərbaycanın prezidentli respublika olması, yoxsa nümunəvi Prezidenti olan dövlət olması?!
- Nəhayət, AXCP sədri özünü “ümumiyyətlə, təqaüdün verilməsi və alınması əleyhinə çıxış edən şəxs” kimi göstərir. Sual olunur: bəs onda niyə “həftə səkkiz, mən doqquz” - hər addımbaşı Lenin təqaüdü alması ilə fəxr etdiyini dilə gətirirdi? Bu, nədən irəli gəlir, qatı komsomolçu və kommunist düşüncəsində olmaqdan, yoxsa Lenin sevgisindən?
Əslində, Əli Kərimlinin məzmunsuz sözlərinə, cəfəng fikirlərinə və anormal hərəkətlərinə psixoloqlar, yaxud psixiatrlar qiymət verməlidirlər. Amma görünən odur ki, bu mənzərənin səbəbi qərəz, heç bir perspektivin olmamasını anlamaq, savadsızlıq, bekarçılıq və proseslərdən kənarda qalmağın yaratdığı dərin məyusluq kimi hallardır. Nəhayət, emosional-isterik hal AXCP sədrinin vəziyyətini daha da gərginləşdirir.
P.S. Yeri gəlmişkən, Kərimli tək deyil, Hacıbəyli də onunla yan-yana - eyni cərgədədir. Gültəkin xanım “peyklərdən Azərbaycanda müxalif fikirli insanları izləmək, siyasi opponentləri təqib etmək üçün istifadə olunur” ,- deyərək Əli əfəndi ilə eyni mərəzdən əziyyət çəkdiyini göstərir. Nə deyək, siyasi taleləri də psixoloji durumları kimi bənzər və ya oxşardır: Allah şəfa versin!
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12

