Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub
14.09.2022 [21:02]
14 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun qarşı tərəfin təşəbbüsü əsasında İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı baş tutub.
Azərbaycan XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov həmkarına Ermənistanın beynəlxalq hüquq prinsiplərini, habelə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı əl atdığı növbəti genişmiqyaslı təxribatlar barədə məlumat verib. Azərbaycanın ərazi bütövlüyünə, hərbçilər və mülki şəxslərin təhlükəsizliyinə hədə törədən bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirlərinin görüldüyünü vurğulayan nazir, təxribatın qarşısının alınması zamanı 50 hərbçimizin şəhid olduğunu diqqətə çatdırıb. Azad olunmuş ərazilərimizdə böyük bərpa və quruculuq işlərinin getdiyi, habelə iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin göstərildiyi bir vaxtda Ermənistanın bu təxribatının sülh prosesinə ciddi xələl gətirdiyi qarşı tərəfin nəzərinə çatdırılıb.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyin narahatlıq doğurduğunu bildirib və bölgənin yeni qarşıdurmaya hazır olmadığını ifadə edib. O, bölgə ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının İran üçün vacib olduğunu qeyd edib. Nazir Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasındakı məsələlərin sülh yolu ilə danışıqlar vasitəsilə həllinin tərəfdarı olduqlarını və İranın bu xüsusda köməklik göstərməyə hazır olduğunu söyləyib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

