“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibləri mükafatlandırılıb
03.10.2022 [11:49]
Xeyirxah əməllər həyata keçirən “Qırmızı Ürəklər” Fondunun (Red Hearts) fəaliyyət istiqamətlərindən biri də sosial həssas qrupdan olan insanların təhsilinə dəstək verərək savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafını təmin etməkdir. Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva, Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Günay Məsimova və digər qonaqlar çıxış ediblər.
Yeni təqaüd proqramı çərçivəsində seçilən 15 tələbəyə hər ay 150 AZN məbləğində təqaüd, 11 tələbənin isə cari və əvvəlki dövrdən qalan təhsil haqları fond tərəfindən qarşılanacaq. Fond donorlar tərəfindən təhsil üçün edilən ianələri ölkəmizin işıqlı və parlaq gələcəyinə yönləndirərək onlar üçün yeni bir yol açır.
Fondun “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın əsas məqsədi istedadlı, mütərəqqi ideya və təşəbbüsləri özündə ehtiva edən, perspektivli, özünü inkişaf etdirməyə səy göstərən tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etməkdir. Proqram ödənişli və ödənişsiz əsaslarla təhsil alan, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri əhatə edir. Tələbələr proqramdan universitetə qəbul balına və təhsil aldıqları dövrdə göstərdikləri akademik göstəricilərə uyğun olaraq faydalanırlar.
“Təhsil ehtiyaclarını dəstəklədiyimiz hər bir fərdin ölkəmizin və dünyanın gələcəyini dəyişəcəyinə, həyatımızı daha da gözəlləşdirəcəyinə inanırıq. Bu proqramın qalibləri müxtəlif sahələr üzrə təlimlərdə iştirak edərək öz bilik və bacarıqlarını artıra biləcəklər. Unutmamalıyıq ki, təhsilə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir!”, - deyə “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən tələbələrin də təhsil haqları ötən il Fond tərəfindən qarşılanıb.
“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.`
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

