Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə görüşüb
06.10.2022 [18:24]
"Böyük iyirmilik" ölkələrinin parlament rəhbərlərinin sammitində iştirak etmək məqsədilə İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş ilə görüşüb.
Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə dostluq və əməkdaşlıq əlaqələrinə böyük əhəmiyyət verdiyini bildirən Milli Məclisin sədri xatırladıb ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Spikerin sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu var. Bu mənada, iki ölkə liderlərinin qarşılıqlı səfərləri əlaqələrin bütün istiqamətlərdə inkişafına təkan verir.
İkitərəfli əməkdaşlığın genişlənməsində qanunverici orqanların mühüm rolunu diqqətə çatdıran Sahibə Qafarova deyib ki, parlamentlərimiz ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət töhfələr verirlər. Vurğulanıb ki, hər iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir və bu, parlamentlərimiz arasında körpü rolunu oynayır. Milli Məclisin sədri ölkələrimizin beynəlxalq parlament təşkilatlarında da uğurlu təmsilçiliyini və əməkdaşlığını müsbət qiymətləndirib, ocümlədən, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıqla bağlı fikirlərini ifadə edib. Spiker Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinin cari ildə Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransında iştirakını yüksək qiymətləndirib, Konfransın nəticələri barədə məlumat verib.
Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri SaqrQobaş Azərbaycanın Milli Məclisinin sədri ilə görüşməkdən məmnunluğunu bildirərək, ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafını qeyd edib. O, qanunverici orqanlar arasında münasibətlərin inkişafının iki ölkə arasında əlaqələrin dinamikasına müsbət təsirini vurğulayaraq, bu sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini bildirib. Həmçinin beynəlxalq parlament təşkilatlarında əməkdaşlığı qeyd edib.
Saqr Qobaş Birləşmiş Ərəb Əmirliklərinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrin genişləndirilməsindəmaraqlı olduğunu və hər cür dəstək verməyə hazır olduğunu bildirib. O deyib ki, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası Parlament Şəbəkəsinin Bakıda keçirilən birinci konfransında təmsil olunub və tədbirdə iştirak edən Federal Milli Şuranın təmsilçiləri Bakıdan çox böyük təəssüratlarla qayıdıblar.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular haqqında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

