Ağrıdağ-Vedi vadisi, Vedibasarın Qaralar kəndi...
08.10.2022 [10:20]
Qərbi Azərbaycan kəndlərinin tarixi-coğrafiyası
(II məqalə)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Vedi bölgəsi əski tarixi-coğrafi ərazi kimi Basarkeşər dağlıq silsiləsinin qərb yamaclarından başlayaraq Vedi-Arpaçay hövzəsi boyunca Ağmanqan dağlarının cənub hissəsini tutmaqla Dərələyəz silsiləsinədək (Küküdağ zirvəsi, 3113 m) uzanır. Xalqımızın dövlətçilik tarixində bu mahalın hay kilsəsinə və düşmən qüvvələrinə qarşı mübarizəsinin zəfər dolu səhifələri həm də 1918-1920-ci illərdə yazılmışdır, Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinskinin (1886-1930) başçılığı ilə xalq müqavimət hərakatı və yerli özünümüdafiə qüvvələri üzvlərinin-Səfəralı Sadiq oğlunun (1903-1988), Pirəlı Abbas oğlu Abbasovun (1879-1990), Abuzər Süleyman oğlu Sərdarovun (1892-1983), Əmir Süleyman oğlunun (1888-1971)...timsalında. Sonuncu, “Mübariz dəstə”də bölük komandiri, onbaşı olub...
Məhz bu qüvvələr 1918-1920-ci illərdə İrəvan şəhərində yuva qurmuş, qərarlaşmış (qərargahlaşmış) dinsiz hay kilsəsi və qaniçən daşnak-quldur sürülərinin (başda D.M.Kanayan (Dro), M.S.Silikyan (1862-1937), A.T.Ozanyan, D.B.Pirumyan (1862-1922), P.B.Pirumyan (1856-1921)... olmaqla) Vedibasar hövzəsinə, eləcə də Qaralar kəndinə davamlı hücumlarının qarşısını almışdır. Amma yenə də bu mənfur canlılar Vedi mahalında 7 kəndin (Məngü, Gücsüz, Kolanı, Qarabağlar, Qədili, Əzizkənd (Camışbasan), Çığın..) bütünlüklə yandırılmasına, əhalisinin amansızlıqla qətlə yetirilməsinə, qovulmasına, mal-mülklərinin qarət və talan edilməsinə... nail olmuşlar.
Ümumiyyətlə, hay kilsəsi və tör-töküntüləri 1950-ci illərədək Vedi mahalında 36 Türk-Müsəlman kəndini (Alməmməd kəndi Araz çayından 500 m aralı idi, yerini düzləyib alma, şaftalı bağı saldılar, tinglik etdilər...Daşnov kəndinin yurd yerləri kollu-koslu örüş oldu...Çimən kəndi (600 evli) Vedi dağlarının Əyricə yaylaqlarındakı “İsmayıl yurdu”na, “Dib yurdu”na yaxın idi... Daşlı kəndinin 40-50 evinin dağılmış hörgüləri 1980-ci illərədək “göz dağlayırdı”...) boşaldıb, yurdunu xarabazarlığa çevirmişlər.
Təbii-coğrafi şəraitinə görə düzən ərazidə, Araz çayı vadisində Vedi çayının (uzunluğu 58 km) sol sahilində yerləşən Qaralar kəndi İrəvan şəhərindən 35 km cənub-qərbdə, Böyük Vedi kəndindən 5 km cənub-qərbdə, 850 m dəniz səviyyəsindən hündür mövqe tutur, 13 kv.km sahədə-Dəvəli-Qəmərli yolundan 1 km kənarda.
“Qafqaz haqqında məlumat toplusu”nun 1880-ci il nəşrində göstərilir ki, 1873-cü ildə Qaralar kəndində 58 həyət (“tüstü”) olub və 443 nəfər Türk-Müsəlman mənşəli əhali yaşayıb.
1912-ci ilin “Qafqaz təqvimi”ndə isə 255 nəfər yerli-kökənli əhali qeyd edilib.
Osmanlı Türkiyəsinin Van vilayətinin Lök kəndindən 1915-ci ildə bir sürü hay köçürülərək bu kənddə yerləşdirilmiş, 1948-50-ci illərdə Cənubi Azərbaycandan, Suriyadan, Livandan sürü ilə haylar yerləşdirilmiş və artıq keçən əsrin 50-60-cı illərində milli-etnik və demoqrafik göstəricilər hay sürüsünün xeyrinə dəyişilmişdir. Belə ki, Qaralar kəndində 100 evdə Türk-Müsəlman əhli, 250-300 evdə haylar, Şirazlı kəndində 100 evdə kökənlilər, 600 evdə ibtidai insan sürüsü yaşayırdı...
Ümumiyyətlə, Qaralar və Yengicə kəndləri arasındakı örüş sahələrində xaricdən sürülən haylar üçün yaşayış ərazisi salındıqdan sonra (o məhəllələrə “Qayınanasızlar” deyirdilər, çünki yerli əhali onlara “murdar, kafir” deyərək qonşuluqlarına buraxmayıb, evlərinin yanında tikinti apamağa icazə verməyiblər) onların sayı artdığı üçün kəndlər də birləşməli oldu, buna rəğmən “Yenikənd” toponimi işlədildi və rəsmiləşdirildi.
Qaralar kəndinə yaxın yaşayış məntəqələrindən 2 km cənubdakı Şirazlı kəndi, 1,5 km şimalda Yengicə kəndi, 2,5-3 km qərbdəki Vedi Sofulu (Kiçik Vedi), 2 km şərqəki Taytan kəndidir.
Qeyd: Şərqi Azərbaycanın da bir sıra nahiyələrində “Qaralar” toponimli yaşayış məntəqələri vardır-Tovuz, İmişli, Qubadlı, Saatlı, Sabirabad və Şəmkir rayonlarında, Beyləqan rayonunda Qaralılar, Neftçala rayonu, I və II Qaralı kəndləri mövcuddur.
1960-cı ilədək kolxoz təsərrüfatı olan Qaralar kəndinin tünd-qonur, dağ qəhvəyi (şabalıdı) torpaq tipləri, çayətrafı düzən, suvarılan qonur-qəhvəyi torpaqları və örüşləri münbit-məhsuldar olduğu üçün (kəndin üstündəki “Qırın döşü” deyilən yerdən çəkilən, mənbəyini Göyçə gölündən götürən, uzunluğu 150-200 km-ə çatan Stalin adına suvarma kanalı, 1965-ci ildə bu kanalı əvəz edən “Qarasu” kanalı, 1970-ci ildə kəndin əkin yerlərində (biri də “Hacı Həsən torpağı”nda qazılan...) 3 artezian quyusu hesabına) əsasən taxılçılıq, tərəvəzçilik, meyvəçilik (alma, armud, ərik, alça), üzümçülük və heyvandarlıq təsərrüfatları inkişaf etdirilmişdir.
İqlim şəraiti ilin soyuq dövründə temperatur mənfi 25, isti aylarda isə müsbət 42 dərəcə, yağıntılar 300-400 mm olur.
1953-1954-cü ilin qışında güclü şaxtalar olanda kəndin üzüm bağları kökünə qədər bütünlüklə donmuşdu, bağlar sonralar yeniləndi...
Əkin yerləri (ağ-qara üzüm sortu, şaftalı bağları, taxıl zəmiləri, tütün, pambıq sahələri) kəndi əhatələmişdi. Gündoğan səmtdə, kənddən 500 m aralı “Salmanın bağı”nda ağ üzüm yetişirdi, 1920-ci ildən 1980-ci illərədək. Ətrafda başqa bağlar da olub -”Molla Sadığın bağı”, “Molla oğlu Məhəmmədin bağı”, “Pirəlinin bağı”,”Molla Vəlinin bağı”, “Muradoğlunun bağı”, “Mir Yaqub ağanın bağı”, “İsmayılın bağı”, “Əbdüləlinin bağı”...sahələr eyni ölçüdə idi-0,50 hektar.
Kəndi əhatə edən bu bağlar 1918-1920-ci illərədək salınmışdır, 1980-ci illərədək qalırdı, bol məhsul verirdi, ən çox əkilən sortlar- Ağ üzüm, Haçabaş, Qara Dizmari (tez yetişirdi), Sarı və Qırmızı Kişmişi, Milax (qırmızı büllur), Xəlili (ən tez yetişən), Keçidöşü...idi. Yığılan üzüm, doşab, kişmiş...Zəngibasar həftəsonu bazarında düyü, qənd, parça və başqa məhsullarla, dağ kəndlərində isə pendir, yağ, yun...kimi tərəkəmə əmtəələri ilə dəyişdirilirdi.
Şərab istehsalı üçün verilməsi haram hesab edilirdi. Pirəli Abbas oğlu söyləyirdi ki, üzümü şərab üçün təhvil verənin ehsanına camaat getmirdi, haram sayılırdı həmin məclis...
Cənub hissədə “Selbasan yeri”ndə (25-30 hektar) taxıl (“Ağ buğda”-qılçıqlı, “Sarı buğda”-qılçıqsız) əkilirdi. Əvvəllər Vedi çayından suvarılsa da, 1930-cu illərdə Göyçə gölündən 50-60 km uzunluqda İ.Stalin adına suvarma kanalı çəkilmişdi kəndə, Vedi çayınadək, onun suyu ilə Qəmərli və Vedi nahiyələri də su ilə təmin edilirdi, sonra hay-daşnaklar Göyçə gölünün səviyyəsini bəhanə gətirərək həmin mənbəyi ləğv etdilər.
1960-cı illərdə Zəngi çayının qolu olan Qaraçayın suyunu çəkdilər kəndə Vedi dağlarının ətəyi ilə, Əyricə-Kolanı dağlarının (Çimən kəndinin üst hissəsindən, Xosrov meşələrindən başlayan) bulaq-yağış sularına görə çəkilən sel arxının (eni 20 m, dərinliyi 5 m) qalıqları 1980-ci illərədək qalırdı.
1930-cu illərin II yarısında kənddə kolxoz yaranıb-V.İ.Lenin adına, 1960-cı ildə Yengicə və Yeni Həyat kəndləri daxil edilsə də, 1961-ci ildə Yengicə, 1962-ci ildə Yeni Həyat kəndləri ayrıca kolxoz olublar. 1946-cı ildə xaricdən sürülən haylar Qaralar kəndinin 1,5-2 km-də əkin-örüş sahələrində, Kəmərli kəndindən (1962-ci ildən şəhər) 6 km cənub-şərqdə məskunlaşdırılıb, Yeni Həyat kəndini salıblar.
1970-ci ilədək kolxozda pambıq bitkisi əkilib (700 hektarda), amma haylar qəsdən becərmədən və yığımdan yayındıqları üçün onu ləğv etdilər.
Kəndin “Qum arxası” deyilən ərazisində (1 km qərbdə, Araz çayına tərəf) bostan-tərəvəz (qarpız, yemiş, xiyar, pamidor...) bitkiləri əkilirdi.
Heyvandarlığın yay otlağı Əyricə dağları idi (“İsmayıl yurdu”, “Dib yurdu”...), ət-ağartı məhsullarını Yengicə, Şirazlı, Sədərək kəndlərinə, İrəvan şəhərinə aparırdılar. Təsərrüfatın süd-əmtəə kompleksi Yengicə kəndi istiqamətində (şimal-qərbə tərəf) idi. Bütün dövrlərdə kolxoz sədrləri hay-daşnaklardan seçilirdi, amma təsərrüfatın ağır işləri Türk-Müsəlmanların çiynindəydi.
Kəndin məşhur tacirlərindən biri Süleyman Oruc oğlu (1817-1897), Naxçıvan, Kəlbəcər, Gədəbəy...nahiyələrinə qədər gedib, ticarətlə məşğul olub. Halal və imanlı şəxs olduğundan onun oğlu Abuzər Süleyman oğlu A.Şadlinskinin şəxsi yavəri idi.
Vedibasar mahalının ziyalı oğlu-yazıçı F.İ.Kərimzadənin (1937-1989) yaxın dostlarından biri Qaralar kənd sakini Abbas İbrahim oğlu Səfərov (1936-2019), Xəlisə kəndindən Seyid Yaqub (1922-1984)...idi.
R.S. 1879-cı ildə Böyük Vedi kəndində 1743 nəfər, 1893-cü ildə 2100 nəfər, 1912-ci ildə 2501 nəfər yaşayıb, hamısı Türk-Müsəlman mənşəli olub-”Qafqaz haqqında məlumat toplusu”nun və “Qafqaz təqvimi” nəşrinin rəsmi məlumatına görə.
R.S.S. Qaralar kəndi hay kilsəsi tərəfindən 1935-ci ildən-”Sevkar”, 1978-ci ildən-”Aralez”, Taytan kəndi 1978-ci ildən-”Vanaşen”, Şirazlı kəndi 1991-ci ildən-”Vosketap”, Yengicə kəndi 1991-ci ildən-”Sisavan”, Yeni Həyat kəndi-”Nor-Qyank”, Kəmərli kəndi (şəhəri) 1945-ci ildən-”Artaşat”, Ağmanqan sıra dağları-”Geqam”...adlanır.
(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Vedi mahalının Böyük Vedi nahiyəsinin Qaralar kənd sakinləri Bəhmən Həmzə oğlu Əkbərovun (1934), Musa Pirəli oğlu Abbasovun (1934) və Heydərəli Abuzər oğlu Sərdarovun (1941) məlumatlarından istifadə edilmişdir.)
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

