Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qardaşını öldürən şəxs tutulub

Qardaşını öldürən şəxs tutulub

13.10.2022 [09:22]

Oktyabrın 12-si saat 20 radələrində Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1971-ci il təvəllüdlü Elşad Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elşad Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31