Jurnalist vəsiqəsi kimlərə veriləcək?
13.10.2022 [10:40]
Nicat PAŞA
Nazirlər Kabinetinin qərarı ilə jurnalist vəsiqəsinin verilməsi qaydaları təsdiqlənib. Qərarda jurnalist vəsiqəsinin forması, jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydaları da öz əksini tapıb.
Qərara əsasən, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edir. Vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılır.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, media reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət olmayacaq. Onun sözlərinə görə, vəsiqənin arxasında olan barkod vasitəsilə jurnalist haqda bütün məlumatları əldə etmək mümkün olacaq: “Vəsiqə öz-özlüyündə jurnalistlərə üstünlük vermir. Sadəcə, reyestrdə olmaq faktını təsdiqləyir. Bu da jurnalist adından istifadə hallarının qarşısını alacaq”.
Ə.İsmayılov qeyd edib ki, regionlarda mətbuatın fəaliyyətində bəzi problemlər var: “Mətbuat Şurası ilə bu mövzuda təhlillər aparılır. Bundan sonra əldə edilmiş məlumatlar əsasında hansı layihələrin həyata keçirilməsi müəyyənləşdiriləcək”.
Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.
Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva bildirib ki, jurnalist vəsiqəsi şəxsin jurnalist olduğunu təsdiqləmir. Jurnalist vəsiqəsi, sadəcə, onun haqqında qanunla nəzərdə tutulan məlumatların reyestrdə olduğunu göstərir: “Media reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər qarşısında qoyulan tələblər “Media haqqında” Qanunun 74.2-ci maddəsində öz əksini tapıb. Qeyd etmək istərdim ki, müvafiq tələblər içərisində ən əsas ali təhsil və jurnalistika sahəsində ən azı 3 illik təcrübə tələbidir. Bundan başqa, jurnalistin fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası qaydalarına riayət etməsi, informasiyadan istifadə və istinad tələblərinə uyğun davranması, işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin davamlı fəaliyyət göstərməsi kimi tələblər də mühüm əhəmiyyət kəsb edir.
Təqdim edəcəyimiz vəsiqə şəxsin jurnalist olduğunu təsdiqləmir. Jurnalist vəsiqəsi onun haqqında qanunla nəzərdə tutulan məlumatların reyestrdə olduğunu göstərir. Bu vəsiqə rəsmi peşəkarlıq meyarı və ya digər vəsiqələri istisna edən sənəd kimi qəbul edilməməlidir. Yəni jurnalistin çalışdığı media subyekti də ona öz vəsiqəsini təqdim etməkdə sərbəstdir. Bir sözlə, jurnalistlər media reyestrinə daxil edilmədən və müvafiq vəsiqəni almadan da öz fəaliyyətlərini maneəsiz şəkildə qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə biləcəklər”.
Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.
Xatırladaq ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək. Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb. Xarici jurnalistlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər. Onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54

