Xüsusi Xidmət Orqanlarının rəhbərləri Daşkənd iclasında…
22.10.2022 [11:20]
Nicat
Oktyabrın 19-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Rusiya, İran, Əfqanıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.
Tədbirdə iştirakçı dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri Əfqanıstanda təhlükəsizliyin möhkəmləndirilməsi, sülhün və əmin-amanlığın təmin olunması, eyni zamanda regional və qlobal təhlükəsizliyə yönəlmiş təhdidlərin qarşısının alınması, terrorçuluq və onun təzahürləri ilə, eləcə də sabitliyə mənfi təsir göstərən digər amillərlə mübarizədə göstərilən birgə səylər barədə fikir mübadiləsi aparıblar.
General-polkovnik Əli Nağıyev çıxışında Əfqanıstanda uzun illərdir hökm sürən mürəkkəb vəziyyətlə əlaqədar respublikamız tərəfindən bu ölkəyə mütəmadi olaraq göstərilən texniki və humanitar yardımlardan söz açıb, dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinin vacibliyindən danışıb.
Xidmət rəisi bildirib ki, Əfqanıstan uzun zaman ərzində terrorçu və ekstremist qruplaşmaların əsas fəaliyyət məkanı olub, hazırda yerli hökumət tərəfindən belə halların qarşısının alınması istiqamətində müəyyən tədbirlərin görülməsinə baxmayaraq, cinayətkar birləşmələrin fəaliyyətinin hələ də müşahidə olunması Əfqanıstanda sülhün və sabitliyin bərqərar olmasına mane olur, Orta Asiyada yerləşən ölkələrlə yanaşı, digər dövlətlərin də milli təhlükəsizliyinə ciddi təhdidlər yaradır.
Əli Nağıyev çıxışının sonunda Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin və əmin-amanlığın təminatı üçün göstərdiyi səylərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Belə bir konfransın keçirilməsinin regionda və Əfqanıstanda sülh və sabitliyə önəmli töhfə verəcəyinə inamını ifadə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

