/ / Blinkenin köməkçisi: Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləmək ABŞ-ın milli təhlükəsizlik marağıdır
Blinkenin köməkçisi: Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləmək ABŞ-ın milli təhlükəsizlik marağıdır
14.12.2022 [23:58]
“Azərbaycan və Ermənistan 30 ildən çox davam edən münaqişədən sonra sülhün və təhlükəsizliyin təminatı üçün tarixi imkan əldə edib”.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələr zamanı deyib.
“Sentyabrda intensivləşən hərbi toqquşmanın ardınca Azərbaycan və Ermənistan yenidən sülh prosesinə fokuslandı, xüsusilə də tarixi addım olaraq bu layihə üzərində birbaşa işləməyə başladılar. ABŞ-ın da bu prosesdə iştirakı vacib rol oynayır”, - deyə Donfrid bildirib.
Onun sözlərinə görə, dövlət katibi Blinken dəfələrlə Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqə saxlayıb hər ki ölkənin XİN başçılarının görüşünü təşkil edib:
“Müdafiə nazirinin müavini hər iki ölkənin müdafiə nazirləri ilə danışıb, milli təhlükəsizlik məsələləri üzrə müşavir Ceyk Sallivan bu iki ölkədən olan həmkarları ilə Vaşinqtonda görüşüb. Bütün bunlar ABŞ administrasiyasının sülhün təminatına sadiqliyini bir daha nümayiş etdirir”.
Karen Donfrid bildirib ki, ABŞ Azərbaycanı və Ermənistanı danışıqların davam etməsi üçün bu imkanın qoruyub saxlanılması üçün təşviq edir.
“Biz bunu ikitərəfli, üçtərəfli və Aİ və digər tərəfdaşlarla yaxın koordinasiya şəraitində edirik”, - deyı o vurğulayıb.
Donfrid xatırladıb ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker bu yaxınlarda regiondan qayıdıb.
“Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləmək düzgün addımdır və bu bizim milli təhlükəsizlik marağımıza uyğundur. Azərbaycan və Ermənistan arasında sülh bərpa olunduqdan sonra bizim əməkdaşlığımız daha da vacib hal alacaq”, -deyə Donfrid qeyd edib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi bildirib ki, Cənubi Qafqaz xalqlarının sülh içində yaşamağa haqqı var.
“Bu bütün regionun çiçəklənməsinə və rifahına imkan verəcək. ABŞ-ın hazırkı administrasiyası bu dəyərli məqsədi dəstəkləməyə sadiq qalır”,- deyə Karen Donfrid bildirib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

