Dünya elmində fövqəladə hadisə...
17.12.2022 [12:14]
Neft və qaza tələbat yox olacaq
Yeganə BAYRAMOVA
Amerikalı alimlər termonüvə energetikası sahəsində inqilabi nailiyyətə imza atıblar. Alimlər termonüvə sintezi zamanı onun işə salınması üçün sərf edilmiş enerji miqdarından daha çoxunu əldə etməyi bacarıblar. ABŞ-ın Energetika Nazirliyi xəbəri rəsmi şəkildə təsdiqləyib. Rəsmi məlumatda qeyd edilib ki, Livermor Milli Laboratoriyasının mütəxəssisləri, həqiqətən də, termonüvə alovlanmasına nail ola biliblər. Bu, termonüvə sintezinin özü-özünü dəstəkləyən reaksiyasıdır və bu reaksiya çərçivəsində termonüvə sintezinin işə salınması üçün sərf edilmiş enerjidən daha çox enerji əldə olunur.
Qeyd edək ki, Livermor Milli Laboratoriyasının elm adamları lazerin köməyi ilə füzyon təcrübəsində ilk xalis enerji alınmasına nail olublar. Onilliklər ərzində termonüvə sintezi üzrə aparılmış müxtəlif təcrübələr çərçivəsində heç kim bu cür nailiyyəti əldə edə bilməmişdi. İndiyə kimi aparılmış təcrübələr zamanı termonüvə sintezinin işə salınması üçün sərf olunmuş enerjini yalnız kompensasiya edə bilən miqdarda enerji alınıb.
Məlumata görə, termonüvə sintezi ilə enerji almaq təcrübəsi neft və qaza olan tələbatı azaldacaq. Bildirilib ki, Günəşdə və ulduzlarda baş verən bu proses bir gün ucuz elektrik mənbəyinə çevrilə bilər.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsakov nüvə parçalanmaları nəticəsində enerjinin əmələ gəldiyini qeyd edib. Professorun sözlərinə görə, çalışmaq lazımdır ki, təmiz enerjilərdən istifadəyə üstünlük verilsin: “Atom elektrik stansiyalarında və digər yerlərdə nüvə parçalanması nəticəsində istilik ayrılır, sonda maddə bitir və yenisini almaq lazım gəlir. Termonüvə sintezi ilə enerji almaq təcrübəsi neft və qaza olan tələbatı azaltsa da, mümkün qədər bu enerjilərdən az istifadə etmək lazımdır. Küləyin, suyun, okeanın və təmiz dalğaların enerjisinə üstünlük vermək doğru olar. Bu baxımdan hidrogen enerjisini xüsusi vurğulamaq yerinə düşər. Çünki hidrogen enerjisi ən təmiz enerjilərdən biridir”.
Dünyanın aparıcı KİV-ləri yeni yolla əldə edilmiş enerjinin mənfi tərəfləri barədə də yazıblar. Belə ki, yeni enerji həm insan həyatı üçün təhlükəli ola bilər, həm də ekologiyanın daha çox çirkləndirilməsinə şərait yaradar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31

