Münhen qələbəsindən 9 ay sonra: diplomatik “nokaut”dan kapitulyasiya aktına... – TƏHLİL
15.02.2023 [15:36]
Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi həm də dərin strateji diplomatiya siyasətinin məntiqi nəticəsidir. Azərbaycan bütün cəbhələrdə – istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə torpaqlarımızın işğaldan azad olunmasına müvəffəq oldu.
Azərbaycan Prezidenti müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə erməni yalanlarını ifşa etdi, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırdı. Bu səpkidə 3 il öncə bu gün – 15 fevral 2020-ci il tarixində baş tutmuş Münhen Təhlükəsizlik Konfransında əldə edilən növbəti diplomatik qələbənin əhəmiyyətini ayrıca qeyd etmək lazımdır.
Münhen qələbəsi Azərbaycanın hücum diplomatiyasının mühüm tərkib hissəsi və real nəticəsidir, ölkəmizi Zəfərə aparan diplomatik-strateji nailiyyətlərdən biridir.
Sözügedən konfrans zamanı Prezident İlham Əliyev Azərbaycanın prinsipial mövqeyini, tarixi faktları və reallıqları qətiyyətlə ifadə etdi. Cənab İlham Əliyev Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq müstəvisində, həm də beynəlxalq birliyin mövqeyi fonunda dünya ictimaiyyətinə çatdırdı. Azərbaycan Prezidentinin Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair ifadə etdiyi siyasi-hüquqi gerçəkliklərin qarşısında Paşinyan tutarlı heç bir fikir səsləndirə bilmədi, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Beləliklə, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı, onun absurd iddiaları dövlətimizin başçısı tərəfindən darmadağın edildi.
2020-ci ildə beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusunun tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi sözügedən diplomatik qələbənin döyüş meydanında həlledici davamı oldu. 2020-ci ildə Münhendə Azərbaycan Prezidenti qarşısında aciz duruma düşən Paşinyan bu dəfə 44 günlük müharibənin nəticəsi olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Beləliklə, sarsılmaz zərbələr alaraq acınacaqlı vəziyyətə düşən Ermənistan Azərbaycanın qarşısında diz çökdü, dövlətimiz öz milli güc resursları ilə münaqişənin hərbi-siyasi yolla həllinə müvəffəq oldu.
Münhen qələbəsi Azərbaycan Prezidentinin intellektual və vətənpərvər şəxsiyyət, rasional – dəmir məntiqə malik və praqmatik siyasətçi olduğunu bir daha təsdiqlədi. Bu, həm də Azərbaycan dövlətinin gücünün – qüdrətinin ifadəsi idi!
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

