“Yaşıl artım”a doğru…
04.03.2023 [11:00]
Azərbaycanda ilk dəfə elektromobillər nümayiş olunacaq
Günel ABBAS
Ənənəvi yanacaqdan nə qədər istifadə etsək də, maşın sənayesində uzun müddətdir digər enerji mənbələri də axtarılırdı. Yeni dövrün ixtiralarından olan elektrikli avtomobillər bu axtarışın nəticələrindən biridir. Elektriklə işləyən avtomobil sənayesi bütün dünyada inkişaf edir. “Tesla”-nın yüksək texnologiyalı elektrikli avtomobillərin istehsalı sahəsində uğuru digər şirkətləri də ilhamlandırdı. Nəticədə dünyada lider olan başqa avtomobil istehsalçılarının da bu mövzuya marağı artdı və hazırda bir çox şirkət yeni modellərlə elektrikli avtomobil dünyasına qatıldı.
Elektomobil almağı düşünənlər onunla bağlı yetərli informasiyaya sahib olmalıdırlar. Çünki bununla bağlı miflərlə tez-tez rastlaşırıq.
Elektromobillər barədə nəyi bilməliyik?
Gün keçdikcə populyarlaşan bu avtomobillərin enerji bərpa etməsi mövzusu düşündüyümüz qədər çətin deyil. Artıq bir çox supermarket, hotel və parkinqlərin ərazilərində şarj nöqtələrinin sayı artır.
2019-cu ildən bəri satışı iki dəfə artan elektrikli avtomobillərin daha yeni modelləri təqdim olunur və şarj stansiyası infrastrukturları inkişaf etdirilir.
Bəzilərinin bu avtomobildə olan batareyalar barədə qorxuları var. Batareyaların anidən yanması və ya partlaması kimi düşüncələr heç kəsi qorxutmasın. Aparılan araşdırmalar göstərir ki, elektromobillərdə anidən belə bir riskin yaranması mümkün deyil. Şarj şəbəkələri isə istənilən hava şəraitində təhlükəsizdir.
Elektrikli avtomobillər Bakıda...
Şübhəsiz, yeni istifadəyə veriləcək avtomobillərlə insanları tanış etməyin ən yaxşı üsullarından biri də sərgilərdir. Xaricdə bu ənənədən tez-tez istifadə olunsa da, ölkəmizdə yeni formalaşmağa başlayır. Elektrikli avtomobillər qənaətcil olmaqla yanaşı, həm də ekoloji sağlamlığa riayət edir. Məhz bu səbəbdən ölkəmiz də bu avtomobillərin istifadəsinə daha maraqlıdır.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilib. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra tədbirlərin təşkilini AADA qarşısına vəzifə qoyub. Ötən il assosiasiya hibrid və elektromobillərin iştirakı ilə “Yaşıl ölkə” adlı ilk ekoloji avtomobil yürüşünü gerçəkləşdirib.
Bu il isə Bakıda 12-14 mart tarixlərində ilk dəfə olaraq elektrikli avtomobillərin sərgisi keçiriləcək. Sərgidə “Auto Eko 2023” adı altında avto-şou çərçivəsində ən yeni modellərin rəsmi premyeraları gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə keçirilən sərginin məqsədi Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi, elektromobil texnologiyalı ən yeni modellərin nümayişi, ətraf mühitin qorunmasına cəmiyyətin diqqətinin cəlb edilməsi, gənclərdə müasir texnologiyalara, texniki idman növlərinə marağın artırılması, bayram ərəfəsində Bakı sakinlərinin və qonaqlarının mənalı asudə vaxtının təşkilidir. Sərginin rəsmi açılışı martın 12-də saat 12.00-da olacaq.
Qeyd edək ki, “Azərbaycan-28 May” birinci avtomobil yürüşü hələ 1999-cu ildə təşkil olunmuşdu. Ölkədə ilk avtomobil sərgiləri - “Caspian Motor-Show” və “Caucasus Motor-Show” AADA-nın layihələridir və 2002-ci ildən keçirilir. Təşkilat bu gün öz missiyasını Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdə görür.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

