Təxribatlar davam edir...
15.03.2023 [10:20]
Ermənistan regionda gərginliyin artmasına səbəb olan addımlar atmağa, sülhə, təhlükəsizliyə və sabitliyə təhdid törətməyə davam edir. Nəticə etibarı ilə eskalasiya
riskləri daha da güclənir. Son bir neçə gün ərzində Ermənistan tərəfinin təxribatları yenidən intensiv hal alıb. Belə ki, martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Ermənistanın son davranışlarının həm sərhəddə, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə toqquşmaları qaçılmaz etdiyini bildirib: “Başqa sözlə, Ermənistan özü artıq etiraf edir ki, eskalasiya mümkündür. Və görünən odur ki, Vətən müharibəsi və sonrakı müddətdə Ermənistanın başına gələn ağrılı-acılı fəlakətlərdən bəzi separatçılar və bəzi erməni rəhbərləri özləri üçün doğru-dürüst bir nəticə çıxarmayıblar”.
“Ermənistan bu gün Azərbaycan Ordusunun yerləşdiyi mövqeləri özü üçün analiz edib, növbəti eskalasiyanın nə ilə nəticələnəcəyini düşünmürsə, o zaman Azərbaycanın Ermənistanı növbəti dəfə cəzalandırmaqdan başqa yolu qalmır”, - Ə.Verdiyev fikirlərinə yekun vurub.
Azərbaycanın mövqelərinin atəşə tutulması, atəşkəs rejiminin pozulması həm Ermənistan-Azərbaycan sərhəddində, həm də müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilmiş Rusiya sülhməramlılarının yerləşdiyi bölgədə təxribatların baş verməsi bir daha onu göstərir ki, erməni terrorçu ünsürləri regionda qeyri-stabilliyin yaradılmasında maraqlıdırlar. Baş verə biləcək hər hansı bir təxribatın Ermənistan üçün hansı nəticələr verəcəyi isə artıq hər kəsə məlumdur.
Nicat Dilqəmli
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

